Şriftin ölçüsü :

Saytın rəngi :

30 yanvar 2023-cü​ il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində​ Gənclər və İdman İdarəsinin və Bərdə regional “ASAN xidmət” mərkəzinin​ birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri​ Günü”nə həsr olunmuş​ “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda ​ tədbir keçirilmişdir.

31 yanvar 2023 | 15:28
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli ​ açaraq ​ tədbir iştirakçılarını ​ salamladı və “2 ​ Fevral -Azərbaycan Gəncləri​ Günü”​ münasibətilə gəncləri ​ təbrik etdi. F.Nəsirli çıxış edərək ​ gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsinin hər bir ölkə, hər bir dövlət üçün ən başlıca məsələ olduğunu, Gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan​ ,​ bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən,​ ​ 44​ mindən yuxarı yeniyetmə və gəncləri olan rayonumuzda onlara göstərilən diqqət və qayğıdan, 2022-ci ​ ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.
Bərdə regional “ASAN xidmət” mərkəzinin​ məsul şəxsi Şamxal Yaqubov ​ çıxış edərək, gəncləri Bərdə regional “ASAN xidmət” mərkəzinin adından “2 Fevral -Azərbaycan Gəncləri​ Günü” münasibəti ilə təbrik etdi və işlərində uğurlar arzuladı. Sonra O, çıxış edərək ümummilli lider Heydər Əliyevin daima gənclərə göstərdiyi diqqət və qayğıdan, onun müəllifi olduğu Dövlət Gənclər Siyasətinin bu gün də ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən​ ​ ​ danışdı.
Çıxışlardan sonra ​ “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı film nümayiş etdirildi.
Keçidlər