Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gənclər Günü münasibəti ilə rayon gənclərinin tədbiri.

15 fevral 2013 | 16:00

14 fevral 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Respublika Gənclər Günü münasibəti ilə rayon gənclərinin tədbiri keçirilmişdir.
         Tədbirdən öncə rayonun gənclərinin bir qrupu Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmişlər və Mərkəzdə Ümumimilli liderin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini F.Şadlinskaya açaraq rayon rəhbərliyi adından gəncləri bu əlamətdar gün münasibəti ilə təbrik etdi və Dövlət Gənclər siyasəti ilə bağlı məruzə etdi.Gənclər və İdman idarəsinin rəisi A.Şahbazov çıxış edərək ötən il ərzində Gənclər və İdman sahəsində əldə olunmuş nəailiyyətlərdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. Tədbirdə rayonun fəal gəncləridə çıxış etmişlər. Müxtəlif səviyyəli yarışlarda və müsabiqələrdə qalib olmuş gənclər Fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş bir qrup gəncə Partiya biletləri təqdim olunmuşdur.

Keçidlər