Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder oktyabrın 4-də Bərdə rayonunda olmuşdur.

04 oktyabr 2016 | 16:00
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib.
            Görüş zamanı İcra başçısı V.İsayev səfirə Azərbaycanın ən böyük rayonlarından biri olan Bərdə, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqı sülsevər, qonaqpərvər xalqdır. Ölkəmizdə toleorantlıq hamının diqqətini cəlb edir. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində öz ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 34 mindən çoxu Bərdədə məskunlaşıb. Ölkə rəhbərinin diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün rayonun ərazisində hər cür infrastruktura malik 1649 ailəlik 3 yeni yaşayış məhəlləsinin  tikilib istifadəyə verilmişdir. Dövlətimiz qüdrətlidir. Lakin biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bildirilmişdir ki, bazar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır. Bu gün rayonun dotasiyadan asılılığının aradan qaldırılması üçün ardıcıl işlər aparılır, yeni istehsal sahələri yaradılır, yeni iş yerləri yaradılır.                                                        
         Səfir F.Ştalder qonaqpərvərliyə görə minnətdarlığını bildirib və deyib ki, Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlər 1991-ci ilin dekabr ayından qurulub  Ötən bu müddət ərzində İsveçrə ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. İsveçrə dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəkləyir.
         Görüş  cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatmışdır.
Keçidlər