Bərdə şəhərində bələdiyyələr üçün hazırlanmış vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilmişdir.
Seminarda Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiyasının icra katibi Əli Əkbərli, qulluqçuları Fizuli Gülməmmədli, İmran Cəfərov və sistem üzrə mütəxəssis Pərviz Muradov iştirak etmişlər.
Qeyd olunmuşdur ki, bələdiyyələrdə yerli vergi və ödənişlərinin yığımının artırılması Bələdiyyə sədrlərinin 3-cü Ümumrespublika toplantısının qərərarlarına əsasən qarşıya qoyulan əsəs vəzifələrdən biridir.Bələdiyyələrdə uçot sisteminin olmaması,tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəfaflığın təmin edilməməsi əsas çətinliklərdəndir .Bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli(bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər ,Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanmışdır.
Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqindən sonra Yerli özünüidarəetmənin maliyyə,iqtisadi potensialının güclənməsinə,o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini qeyd etdilər.