Bərdədə öz şəhid oğlunu bağrına basdı.
06 oktyabr 2016 | 16:00
05 oktyabr 2016-cı il tarixdə cəbhənin Beyləqan rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun əsgəri Mammədov Sahil Sabir oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə rayon Soğanverdilər kəndində son mənziilə yola salınmışdır.
Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, yüzlərlə insan iştirak etmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Mərasimdə şəhidin atası Sabir Məmmədov, kənd ağsaqqalı Əli Məmmədov, “N” saylı hərbi hissənin komandir müavini Elçin Kərimov, şəhidin əsgər yoldaşları çıxış edərək torpağımızın belə oğulları ilə Vətən olduğunu bildirmiş, şəhid olmuş oğullara rəhmət diləmiş, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.
Şəhid əsgər Sahil Məmmədovun nəşi yaylım atəşi açıldıqdan sonra Soğanverdilər kənd qəbristanlığında torpağa tapşırılmışdır. Onun tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası Sabir Məmmədova təqdim edilmişdir. Dəfn mərasiminin sonunda Dövlət Himni səsləndirilmişdir