Şriftin ölçüsü :

Saytın rəngi :

19 oktyabr 2016-cı il tarixdə Bərdə rayonunun 2016-cı ilin 9 aylığının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

19 oktyabr 2016 | 16:00
    Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
  Hesabat dövrü ərzində Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü, Qazaxlar kəndində süd emalı müəssisəsi (AzKİL) (3 otaqlı bina talvarı ilə (12.6x7), avadanlıqlar) tikilib istifadəyə verilmişdir.
             Rayonda - şəhərin 1 prospekt və 10 küçəsində (Ü.Hacıbəyov, Babək, S.Vurğun, M.Rəsulzadə, Bakı, M.Rəsulzadə, Səttarxan, M.Hüseyn, Fizuli, A.Əhmədov və R.Rza) və Heydər Əliyev adına park-bulvarda abadlıq işləri aparılmış, ərazilərə 4217 p/metr səki daşları və 915 p/metr bardyor düzülmüş, 12079 kv. metr tamet döşənmiş, 4828,6 kub metr qum-çınqıl  verilmiş, 4692 kv. metr əraziyə çınqıl verilmiş, 120 kv. metr istinad divarları tikilmiş, 1367 kv. metr asfalt-beton qoyulmuş, 540 kv. metr divarlar rənglənmişdir.  

-11 kəndin 147,5 km yolları əsaslı təmir edilmiş, yollarda 6 dayanacaq quraşdırılmışdır. (Kərimbəyli kəndi 7,4 km, Mollaəhmədli kəndi 10.94 km, Mollaisalar kəndi 7.25 km, Hüseynalılar kəndi 10.1 km, Bəcirəvan kəndi 14.45 km, Arabaçılar kəndi 17.85 km, Şərəfli kəndinin 16.85 km, Bala Göyüşlü kəndi 11.43 km, Əmirli kəndi 13.15 km, Xəsili kəndi 17.37 km)
- respublika əhəmiyyətli avtomobil yolların 12743 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, yollarda 15 yol nişanı quraşdırılmış, Yeni Əyricə-Əyricə kəndlərarası yolun 2 km və Güloğlular kənd yolunun 0.7 km hissələri asfalt-beton örtüyü ilə tikilmiş, yerli əhəmiyyətli yollarda 6745 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, 110 ədəd siqnal dirəyi basdırılmış, 29 ədəd yol nişanı əkilmiş, siqnal dirəkləri və bardyorlar rənglənmiş, Nəcəfqulubəyli kənd yolunun 0,5 km hissəsi asfalt-betonla, Darğalar kəndində 3 km, Qaraqoyunlu-Ərəblər kəndlərarası 2,5 km, Bala Qacar-Qullar kəndlərarası 2,5 km, Kətəlparaq-Piyadalar kəndlərarası 2 km, Şirvanlı-Dəymədağıldı-Hüseynbəyli kəndlərarası 2 km, ikinci Qaradəmirçi kəndinin 3 km və Samux kəndinin 1 km baş yolu baş yolu  yol qum-çınqılla təmir edilmiş, qış mövsümündə avtoqəzaların qarşısının alınması üçün yollara qum və duz səpilmişdir.
- rayonda 177,4 km müxtəlif diametrli qaz xətləri çəkilərək 12 kənd (Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə, Mehdili, Cumalar, Qazıqurdalı, Dəymədağıldı, Lək və Hacallı) qazlaşdırılmış, 3077 abonentə təbii qaz verilmişdir. Hazırda 4 kənd (Lənbəran, Otuzikilər, Mollalı və Mustafağalı) qazlaşdırılır və 5 kəndin qazlaşdırılması üçün (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli və Bayramlı) layihə-smeta sənədləri hazırlanır.
- 3 kəndin (Əmirli, Dəymədağıldı, Kərimbəyli və Əliyanlı) və Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulmuş, 8 kəndin (Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli, Mollalı və Şirvanlı) elektrik şəbəkələri yenidən qurulur.

- Ərazi Kənd Təsərrüfatı İdarəsi, Toxumçuluq Müfəttişliyi və Aqrokimya laboratoriyası
- Mədəniyyət Mərkəzi
- Gənclər Mərkəzi
- 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçası
- Qarabağ kanalının maşın qolu
- Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
- Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
-25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolu
- 4 kənd qazlaşdırılır
- 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur
- Bərdə-Ağcabədi avtomobil yolunun yenidən qurulması ilə obyektlərin tikintisi davam etdirilmişdir.
-1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi   
- 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbi   
- 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəbi
- 624 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi
- “Bərdə” türbəsinin bərpası
- Kommunal binaların əsaslı təmiri
- İmamzadənin təmiri
- Gərənə və Birinci Qazaxlar kənd qəbirstanlığının abadlaşdırılması,  Qaratəpə və Mustafaağalı kəndlərində içməli su şəbəkəsinin tikintisi işləri aparılır (AzKİL)
-Bərdə bələdiyyəsinin inzibati binasında Əsaslı təmir və bərpa işləri aparılmışdır.
9 ay ərzində 266,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 9,3 milyon manatlıq sənaye, 126,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 26,9 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 4,9 milyon manatlıq nəqliyyat xidməti, 0,8 milyon manatlıq informasiya və rabitə, 97,5 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2015-ci  ilin 9 ayına nisbətən  sənaye məhsulu istehsalı 6,5 faiz, kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 3,2 faiz, nəqliyyat xidməti 3,3 faiz, ticarət xidmətləri 17.1 faiz artmışdır.

9 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 100,4 faiz, xərcləri proqnozuna 93,3 faiz əməl edilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 9 ay ərzində 210 sahibkara 1932,4 min manat güzəştli kredit verilərək 195 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2754 sahibkara 71,3 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5062 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 ay ərzində 6974 yeni iş yerləri açılmışdır ki, bunun da 2051-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 11-i yeni yaradılmış müəsisə və təşkilatlarda, 135-i mövcud müəssisə və təşkilatlarda, 1905-i fiziki şəxslərdə, 4923-ü digər layihələrin həyata keçirilməsində yaradılmışdır. 
Kənd təsərrüfatı məhsulları istehsalçısına dövlət hesabına subsidiya verilməsi üçün sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilmişdir. 
Cari ildə 13.7 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilmiş, hər hektardan 39,3 sentner buğda və 32,2 sentner arpa olmaqla 51,4 min ton taxıl, o cümlədən 40,9 min ton buğda, 10,5 min ton arpa istehsal edilmişdir.  Keçən ilə nisbətən buğda istehsalı 3,6 min ton artmışdır.
Uzun illər fasilədən sonra cari ildə rayonda barama istehsalına başlanmış, 80 qutu barama yetişdirilmiş, 4,465  ton barama istehsal edilmişdir. Bu hesaba 160 nəfərin özünüməşğulluğu təmin edilmiş, ailələrə 35,7 min manatdan çox vəsait gəlmişdir.
Gələn il rayonda ən azı 8 ton barama istehsal etmək üçün tədbirlər görülür, indidən kümçülər müəyyənləşdirilmiş, çəkil ağacaları budanmış, ting əkiləcək sahələr müyyənləşdirilmişdir.
9 ayda rayona 294 baş ətlik-südlük və 219 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Qazaxlar kəndində süd emalı müəssisəsi tikilmışdır. 
Hesabat dövründə diri çəkidə 14 min ton ət, 49,2 min ton süd, 468 ton yun, 25,4 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci ilin 9 ayına  nisbətən  ət istehsalı 15,9 faiz, süd istehsalı 3,5 faiz, yun istehsalı 3,8 faiz, yumurta istehsalı 2,8 faiz artmışdır. 
9 ay ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 66,3 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Cari ildə yuxarıda göstərdiym kimi 3000 hektar sahədə pambıq əkilmiş, tarlalarda yüksək məhsul yetişdirilmişdir və hazırda məhsul yığımı sürətlə aparılır.
Bunlarla yanaşı gələn ilin məhsulu üçün hazırlıq işləri aparılmışdır. Artır 10 min hektar sahədə pambıq əkilməsi üçün yerlər müyyənləşdirilmiş, pambıq emalı müəssisələrinin tam fəaliyyət göstərməsi üçün tədbirlər görülmüş, pambıqçılığın müasir texnika ilə təmin olunması işləri sürətlə həyata keçirilir. 
9 ay ərzində 3567 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 731 nəfər işaxtaran münasib işlə təmin olunmuşdur.
Rayonda Əmək Yarmarkası keçirilmiş, yarmarkada 51 nəfər münasib işlə təmin edilmişdir. 
9 ay ərzində rayonun Əmirli, Dəymədağıldı və əliyanlı kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulmuş, Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli, Mollalı və Şirvanlı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır.
Hesabat dövründə   12   qazlaşdırılmış, 3077 abonentə təbii qaz verilmişdir.
İlk dəfə olaraq rayonun ümumtəhsil məktəblərində məktəbəhazırlıq  qrupları fəaliyyət göstərəcəkdir. 71 məmtəbəhazırlıq qrupuna 1007 nəfər uşaq qəbul olunmuşdur. 
Məzunlardan 666 nəfəri və ya 47 faizi ali məktəblərə qəbul üçün iş vermiş, rayonun tarixində ilk dəfə olaraq onlardan 471 nəfəri və ya 71 faizi imtahanlar üzrə keçid balını toplamağa müvəffəq olmuşlar. Sənəd verənlərdən 82 nəfəri 500-dən yuxarı, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Cari ildə ali məktəblərin tələbəsi adını qazananları sayı keçən ildəkindən 19 nəfər, o cümlədən 500-dən yuxarı bal toplayanların sayı 2 nəfər artmışdır, müvəffəqiyyət səviyyəsi 7 faiz yüksəlmişdir.
Fərəhli haldır ki, 691 bal toplayaraq tələbə adını qazanmış Xanqaraqoyunlu kənd tam orta məktəbinin “Qızıl medal” almış məzunu İsmayılov Rahib Sənan oğlu Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüşdür. 
Məzunlarımızdan 13 nəfəri hərbi məktəblərə, 131 nəfər orta ixtisas məktəblərinə, o cümlədən 8 nəfər ali və 7 nəfər  C.Naxçıvanski adına  hərbi liseyə qəbul olunmuşlar.  
9 ayda 60 həkim və 187 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 121999 nəfər tibbi müayinədən keçmiş, Müayinənin nəticəsi ilə əlaqədar 548 nəfər xəstə stasionar, 482 nəfər ambulator müalicəyə cəlb edilmiş, 302 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalaraına göndərilmişdir.
9 ay ərzində rayonda 1878,  o cümlədən 303 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında indiyədək nigaha daxil olmaq istəyən 1340 nəfər tibbi müayinədən keçirilmişdir.

Hesabat dövründə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmiş, rayon Mədəniyyət Mərkəzinin tikintisi, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.
Rayonun mədəniyyət müəssisələri sakinlərin vətənpərvərlik tərbiyəsi sahəsində önəmli tədbirlər hazırlayıb həyata keçirmişdir.
9 ayda rayonun idmançıları müxtəlif nominasiyalı yarışlarda 16 qızıl, 14 gümüş və 26 bürünc olmaqla 56 medal qazanmışlar. 
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir. 
Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı rüb ərzində 6 tədbir keçirmiş, ulu öndər Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.  
Hesabat dövründə bütün ölkəmizdə olduğu kimi rayonumuzda da ümumxalq səsverməsi aşkarlıq və demokratiya şəraitində keçirilmişdir. Ümumxalq səsverməsində dairə və seçki məntəqə komissiyalarının fəaliyyətini 1060 nəfər yerli, 2 nəfər Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri müşahidə aparmış, 16 seçki məntəqəsində səsvermə VEB kamera vasitəsilə izlənmiş,  3 nüfuzlu beynəlxalq rəy mərkəzi tərəfindən seçki məntəqəsində EXİT-poll aparılmış, heç bir qanun pozuntusu aşkar edilməmişdir. Referendumla əlaqədar heç bir şikayət daxil olmamışdır. Referendumda seşicilərin fəallığı müşahidə olunmuşdur. Təbii olaraq aparılmış EXİT-poll ilə səsvermənin nəticələri tam üst-üstə düşmüşdür. Bütün bunlar xalqla iqtidarın birliyinin nəticəsidir.
  9 ay ərzində rayonun sakinləri ordu quruculuğu üçün 38,2 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,9 min manat və ya 30,3 faiz çox maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da artacaqdır.
Cari ilin ötən dövründə rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinə mövcud qanuna uyğun baxılması, vətəndaşların qəbulu işləri davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq rayonda  Apellyasiya Şurası fəaliyyət göstmiş, 9 ay ərzində şurada 3 müraciət araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. 
Apellyasiya Şurası ünün rayon İcra Hakimiyyətinin saytında xüsusi portal açılmış, Apellyasiya Şurasına bir başa müraciət etmək üçün xüsusi sayt açılmışdır.
Məruzə ətrafında  Tərtər Regional Qaz İstismar Sahəsinin Bərdə Xidmət sahəsiniin rəisi Şəhriyar Qarayev, RİHB-nin Hüseynalılar kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəsi Ərşad Abdullayev, Qaraqoyunlu bələdiyyəsinin sədri Nicat Məmmədov,  rayon Suvarma Sistemləri idarəsinin rəisi Sərdar Əhmədov çıxış etmişlər.
Hesabat yığıncağında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.
 

Keçidlər