Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Mustafaagalı kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

21 oktyabr 2016 | 16:00

Bərdənin Mustafaağalı kəndində təbii qaz verilişinin açılışı olmuşdur.
Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak  etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki,cari ilin ötən dövründə rayonda  12 kənd qazlaşdırılmış, 3077 abonentə təbii qaz verilmiş, bu gün daha 1 kəndimizə təbii qaz verilir. Hazırda 3 kənd (Lənbəran,   Otuzikilər, Mollalı ) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar. Mustafaağalı kəndinin qazlaşdırılması üçün 65,6 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 61 ədəd siyirtməvə 1 ədəd qaztənzimləyici şkaf,645 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Bu gün 645 ailəyə təbii qaz verilir.
         Tədbirdə Mustafaağalı kənd sakinləri Radə Məmmədova, Adil Musayev  çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Tədbirdə Millət vəkili Zahid Oruc,  “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini və tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə  təbrik etmişlər.
          Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili  Zahid Oruc kənd sakini ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.

Keçidlər