Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilmişdir.

14 noyabr 2016 | 16:00
  Bərdədə Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdən öncə tədbir iştirakçılarından bir qrupu Mərkəzi gəzmiş,ulu öndər Heydər Əliyevlə bağlı olan eksponatlarla tanış olmuşlar.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq  Beynəlxalq Tolerantlıq Gününün tarixindən, multikultural dəyərlərin inkişafının əhəmiyyətindən danışmışdır. 
Tədbirdə  “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev  “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda geniş nitq söyləmişdir. O bildirmişdir ki, son illər dünyada ekstremizm və zorakılığın güclənməsi müşahidə olunur. Tolerant yanaşmanın zəif olması bu mənfi tendensiyanın güclənməsinə təkan verir. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. Cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Keçidlər