Şriftin ölçüsü :

Saytın rəngi :

UNICEF-in və BAMF-ın nümayəndələri Bərdədə olmuşlar

24 noyabr 2016 | 16:00
BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən  UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən  “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə    onların nümayəndələri Bərdədə olmuş, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri,  idarə, müəssisə rəhbərləri, layihə şırçivəsində fəaliyyət göstərəcək gənclər iştirak etmişlər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və rayonun icra strukturları ilə gənclərin əməkdaşlığının möhkəmləndirilməsidir.
Görüş cay süfrəsi ətrafında disiskussiya və fikir mübadiləsi şəraitində keçmişdir.  20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvlərinin  arzu və təklifləri  dinlənilmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.
Keçidlər