Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdədə Agdam, Ağcabədi, Bərdə, Tərtər, Xocalı, Iaçın, Goranboy rayonlarının, Yevlax və Mingəçevir şəhərlərinin vətəndaşlarını qəbul edərək müraciətlərini dinləmişdir.

30 noyabr 2016 | 16:00
  Qəbuldan əvvəl  Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev   Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.
  Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev YAP rayon təşkilatının inzibati binasında  vətəndaşların müraciətlərini dinləyib aidiyyatı üzrə müvafiq tapşırıqlar vermis,  səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar müraciət müəlliflərinə hüquqi yardım göstərmiş, belə müraciətləri müvafiq qurumlara çatdırılması barədə əməkdaşlarına  müvafiq tapşırıqlar vermişdir.
Qəbuldan sonra  nazir Ə.Qarayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  təltif olunmuş mədəniyyət işçilərinə mükafatları təqdim etmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rayona gəlmiş TÜRKSOY başqanı  Düsen Kaseynov və rayon İcra Hsakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun müxtəlif mədəniyyət obyektlərində olmuş, buradakı tarixi abidələrlə,  Heydər Əliyev adına park-bulvarla tanış olmuşdur.
Keçidlər