Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar ümum rayon tədbiri keçirildi.

20 yanvar 2017 | 16:00

  Tədbirdən öncə başda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi isayev  olmaqla rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, digər təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri rayonun Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Tədbir şəhərin “Qəhrəmanlar Parkı”nda davam etdirilmişdir. Burada 3000 nəfərdən çox Bərdə sakini matəm musiqisinin sədaları altında əbədi məşəl önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev geniş nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması, faciəyə hüquqi-siyasi qiymət verilməsi, bununla bağlı atdığı addımlardan,  ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstəilən dövlət qayğısından danışmışdır. Bu faciənin həm də  şərəf tarixi olduğunu bildirmişdir.
Sonda Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr edilmiş kompozisiya  göstərmişlər.
Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da  rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla  yad edilmiş, ardınca isə  avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
Keçidlər