Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə hərbi vətənpərvəriklə bağlı tədbir keçirilmişdir.

13 fevral 2017 | 16:00
  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə 13 fevral 2017-ci il tarixdə Bərdə Heydər Əliyev Mərkəzində Xidmətin rayon şöbəsi Bərdə Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Xidmətin Bərdə rayon şöbəsinin rəisi Mətləb Murquzov açaraq Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə görülən işlərdən və uğurlardan  danışmışdır. 
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP  Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində Xidmətin rayon şöbəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordu quruculuğundan, kursun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordunun qazandığı qələbələrdən, gənc hərbiçilərin fəallığından ətraflı danışmışdır.
Tədbirdə QMƏVŞA İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova, müharibə veteranı Gəray Əsədov, ehtiyatda olan  zabit Şamil Abdullayev, Aprel döyüşlərində Lələtəpədə şəhid olmuş zabit Ziya Həsənovun atası Niyazi Həsənov çıxış edərək gənclərin hərbi vətənpərvərik ruhunda böyüdüməsi, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük qələbələrə doğru inamla irəiləməsi üçün Xidmətin fəaliyyətini yüksək qiymətəndirmişlər.
Keçidlər