Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının konfransı.

08 fevral 2013 | 16:00

7 fevral 2013-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Bərdə rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Konfransda 265 nəfər iştirak etmişdir.
    Konfransda hesabat dövrü ərzində həyatdan getmiş rayon ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda rayon Ağsaqqallar Şurasının 2012-ci ildə gördüyü işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə hesabatı dinlənilmiş, Respublika Ağsaqqallar Şurasının növbədənkənar IV Qurultayına rayondan nümayəndə seçilmişdir.
Konfransda rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev hesabat məruzəsi ilə çıxış etmiş, məruzə ətrafında rayon Ziyalılar Cəmiyyətinin sədri Lazım Quliyev, rayon Ağsaqqallar Şurasının üzvləri Vaqif Məmmədov, Zili Vəliyev, Edil Quliyev, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
Rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev yekdilliklə Azərbaycan Respublikasının növbədənkənar VI Qurultayına nümayəndə seçilmişdir.

Keçidlər