17 fevral 2017-cı il tarixdə Bərdə rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Hesabat dövrü ərzində Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü, Qazaxlar kəndində süd emalı müəssisəsi (AzKİL ) istifadəyə verilmişdir.
Rayonda - şəhərin 1 prospekt və 10 küçəsində (Ü.Hacıbəyov, Babək, S.Vurğun, M.Rəsulzadə, Bakı, M.Rəsulzadə, Səttarxan, M.Hüseyn, Fizuli, A.Əhmədov və R.Rza) və Heydər Əliyev adına park-bulvarda abadlıq işləri aparılmış, ərazilərə 4217 p/metr səki daşları və 1279 p/metr bardyor düzülmüş, 13748 kv. metr tamet döşənmiş, 8822,6 kub metr qum-çınqıl verilmiş, 7912 kv. metr əraziyə çınqıl verilmiş, 120 kv. metr istinad divarları tikilmiş, 1367 kv. metr asfalt-beton qoyulmuş, 540 kv. metr divarlar rənglənmişdir.10996kv.metr şəhərdaxili yollar asfaltlaşdırılmışdır.
-11 kəndin 179,7 km yolları əsaslı təmir edilmiş, yollarda 6 dayanacaq quraşdırılmışdır. (Kərimbəyli kəndi 7,4 km, Mollaəhmədli kəndi 10.94 km, Mollaisalar kəndi 7.25 km, Hüseynalılar kəndi 10.1 km, Bəcirəvan kəndi 14.45 km, Arabaçılar kəndi 17.85 km, Şərəfli kəndinin 16.85 km, Bala Göyüşlü kəndi 11.43 km, Əmirli kəndi 13.15 km, Xəsili kəndi 17.37 km, Lənbəran kəndinin 20,7km, Gərənə kəndinin 11,5 km).
- respublika əhəmiyyətli avtomobil yolların 39858 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, yollarda 15 yol nişanı quraşdırılmış, yerli əhəmiyyətli Yeni Əyricə-Əyricə kəndlərarası yolun 2 km və Güloğlular kənd yolunun 1,5 km hissələri asfalt-beton örtüyü ilə tikilmiş, yerli əhəmiyyətli yollarda 14387 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, 110 ədəd siqnal dirəyi basdırılmış, 29 ədəd yol nişanı əkilmiş, siqnal dirəkləri və bardyorlar rənglənmiş, Nəcəfqulubəyli kənd yolunun 0,5 km hissəsi asfalt-betonla, Darğalar kəndində 0,3 km, Qaraqoyunlu-Ərəblər kəndlərarası 2,5 km, Bala Qacar-Qullar kəndlərarası 2,5 km, Kətəlparaq-Piyadalar kəndlərarası 2 km, Şirvanlı-Dəymədağıldı-Hüseynbəyli kəndlərarası 2 km, ikinci Qaradəmirçi kəndinin 3 km və Samux kəndinin 1 km baş yolu baş yolu yol qum-çınqılla təmir edilmiş, qış mövsümündə avtoqəzaların qarşısının alınması üçün yollara qum və duz səpilmişdir.
- rayonda 287,8km müxtəlif diametrli qaz xətləri çəkilərək 13 kənd (Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə, Mehdili, Cumalar, Qazıqurdalı, Dəymədağıldı, Lək ,Hacallı və Mustafağalı) qazlaşdırılmış, 3675 abonentə təbii qaz verilmişdir. Hazırda 4 kənd (Lənbəran, Otuzikilər, Mollalı və Mustafağalı) qazlaşdırılır və 5 kəndin qazlaşdırılması üçün (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli və Bayramlı) layihə-smeta sənədləri hazırlanır.
- 3 kəndin (Əmirli, Dəymədağıldı, Kərimbəyli və Əliyanlı) və Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulmuş, 8 kəndin (Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli, Mollalı və Şirvanlı) elektrik şəbəkələri yenidən qurulur.
- Ərazi Kənd Təsərrüfatı İdarəsi, Toxumçuluq Müfəttişliyi və Aqrokimya laboratoriyası
- Mədəniyyət Mərkəzi
- Gənclər Mərkəzi
- 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçası
- Qarabağ kanalının maşın qolu
- Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
- Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
-25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolu
- 4 kənd qazlaşdırılır
- 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur
- Bərdə-Ağcabədi avtomobil yolunun yenidən qurulması ilə obyektlərin tikintisi davam etdirilmişdir.
-1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi
- 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbi
- 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəbi
- 624 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi
- “Bərdə” türbəsinin bərpası
- Kommunal binaların əsaslı təmiri
- İmamzadənin təmiri
- Gərənə və Birinci Qazaxlar kənd qəbirstanlığının abadlaşdırılması, Qaratəpə və Mustafaağalı kəndlərində içməli su şəbəkəsinin tikintisi işləri aparılır (AzKİL)
-Bərdə bələdiyyəsinin inzibati binasında Əsaslı təmir və bərpa işləri aparılmışdır.
İl ərzində 330,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 13,6 milyon manatlıq sənaye, 156,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 38,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 6,7 milyon manatlıq nəqliyyat xidməti, 1,1 milyon manatlıq informasiya və rabitə, 113,9 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2015-ci ilə nisbətən ümumi məhsul istehsalı 3,5 faiz, sənaye məhsulu istehsalı 9,6 faiz, kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 5,8 faiz, nəqliyyat xidməti 5,2 faiz, ticarət xidmətləri 5,1 faiz artmışdır.
İl ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 94,5 faiz, xərcləri proqnozuna 93,5 faiz əməl edilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən il ərzində 269 sahibkara 3071,4 min manat güzəştli kredit verilərək 297 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2811 sahibkara 72,4 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5177 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 11207 yeni iş yerləri açılmışdır ki, bunun da 3924-ü daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 15-i yeni yaradılmış müəsisə və təşkilatlarda, 168-i mövcud müəssisə və təşkilatlarda, 3741-i fiziki şəxslərdə, 7283-ü digər layihələrin həyata keçirilməsində yaradılmışdır.
Cari ildə 13.7 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilmiş, hər hektardan 39,3 sentner buğda və 32,2 sentner arpa olmaqla 51,4 min ton taxıl, o cümlədən 40,9 min ton buğda, 10,5 min ton arpa istehsal edilmişdir. Keçən ilə nisbətən buğda istehsalı 3,6 min ton artmışdır.
Uzun illər fasilədən sonra cari ildə rayonda barama istehsalına başlanmış, 80 qutu barama yetişdirilmiş, 4,465 ton barama istehsal edilmişdir. Bu hesaba 160 nəfərin özünüməşğulluğu təmin edilmiş, ailələrə 35,7 min manatdan çox vəsait gəlmişdir.
İl ərzində rayona 299 baş ətlik-südlük və 269 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Qazaxlar kəndində süd emalı müəssisəsi tikilmışdır.
Hesabat dövründə diri çəkidə 19,2 min ton ət, 79,8 min ton süd, 468 ton yun, 29,9 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci ilə nisbətən ət istehsalı 6,3 faiz, süd istehsalı 15,6 faiz, yun istehsalı 2,2 faiz, yumurta istehsalı 0,3 faiz artmışdır.
İl ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 1082 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Cari ildə yuxarıda göstərdiym kimi 3003 hektar sahədə pambıq əkilmiş, tarlalarda yüksək məhsul yetişdirilmişdir. Hər hektardan 23,1 sentner olmaqla 6925,3min ton və ya keçən ildəkindən 2,1 dəfə çox pambıq istehsal edilmişdir. Bunlarla yanaşı gələn ilin məhsulu üçün hazırlıq işləri aparılmışdır. Artır 8,5 min hektar sahədə pambıq əkilməsi üçün yerlər müyyənləşdirilmiş, pambıq emalı müəssisələrinin tam fəaliyyət göstərməsi üçün tədbirlər görülmüş, pambıqçılığın müasir texnika ilə təmin olunması işləri sürətlə həyata keçirilir.
İl ərzində 4012 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 731 nəfər işaxtaran münasib işlə təmin olunmuşdur.
İlk dəfə olaraq rayonun ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcəkdir. 71 məktəbəhazırlıq qrupuna 1007 nəfər uşaq qəbul olunmuşdur.
Məzunlardan 666 nəfəri və ya 47 faizi ali məktəblərə qəbul üçün iş vermiş, rayonun tarixində ilk dəfə olaraq onlardan 471 nəfəri və ya 71 faizi imtahanlar üzrə keçid balını toplamağa müvəffəq olmuşlar. Sənəd verənlərdən 82 nəfəri 500-dən yuxarı, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Cari ildə ali məktəblərin tələbəsi adını qazananları sayı keçən ildəkindən 19 nəfər, o cümlədən 500-dən yuxarı bal toplayanların sayı 2 nəfər artmışdır, müvəffəqiyyət səviyyəsi 7 faiz yüksəlmişdir.
Fərəhli haldır ki, 691 bal toplayaraq tələbə adını qazanmış Xanqaraqoyunlu kənd tam orta məktəbinin “Qızıl medal” almış məzunu İsmayılov Rahib Sənan oğlu Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Məzunlarımızdan 13 nəfəri hərbi məktəblərə, 131 nəfər orta ixtisas məktəblərinə, o cümlədən 8 nəfər ali və 7 nəfər C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşlar.
İl 9 həkim və 243 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 121999 nəfər tibbi müayinədən keçmiş, Müayinənin nəticəsi ilə əlaqədar 548 nəfər xəstə stasionar, 482 nəfər ambulator müalicəyə cəlb edilmiş, 302 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalaraına göndərilmişdir.
İl ərzində rayonda 2577, o cümlədən 3097 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında indiyədək nigaha daxil olmaq istəyən 1700 nəfər tibbi müayinədən keçirilmişdir.
Hesabat dövründə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmiş, rayon Mədəniyyət Mərkəzinin tikintisi, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.
Rayonun mədəniyyət müəssisələri sakinlərin vətənpərvərlik tərbiyəsi sahəsində önəmli tədbirlər hazırlayıb həyata keçirmişdir.
İl ərzində rayonun idmançıları müxtəlif nominasiyalı yarışlarda 19 qızıl, 22 gümüş və 30 bürünc olmaqla 71 medal qazanmışlar.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı il ərzində 30 tədbir keçirmiş, ulu öndər Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.
Hesabat dövründə bütün ölkəmizdə olduğu kimi rayonumuzda da ümumxalq səsverməsi aşkarlıq və demokratiya şəraitində keçirilmişdir. Ümumxalq səsverməsində dairə və seçki məntəqə komissiyalarının fəaliyyətini 1060 nəfər yerli, 2 nəfər Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri müşahidə aparmış, 16 seçki məntəqəsində səsvermə VEB kamera vasitəsilə izlənmiş, 3 nüfuzlu beynəlxalq rəy mərkəzi tərəfindən seçki məntəqəsində EXİT-poll aparılmış, heç bir qanun pozuntusu aşkar edilməmişdir. Referendumla əlaqədar heç bir şikayət daxil olmamışdır. Referendumda seşicilərin fəallığı müşahidə olunmuşdur. Təbii olaraq aparılmış EXİT-poll ilə səsvermənin nəticələri tam üst-üstə düşmüşdür. Bütün bunlar xalqla iqtidarın birliyinin nəticəsidir.
İl ərzində rayonun sakinləri ordu quruculuğu üçün 49,5 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 min manat və ya 7,1 faiz çox maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da artacaqdır.
Cari ilin ötən dövründə rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinə mövcud qanuna uyğun baxılması, vətəndaşların qəbulu işləri davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq rayonda Apellyasiya Şurası fəaliyyət göstmiş ,il ərzində şurada 3 müraciət araşdırılmış və müvafiq qərar qəbul edilmişdir.
Apellyasiya Şurası ünün rayon İcra Hakimiyyətinin saytında xüsusi portal açılmış, Apellyasiya Şurasına bir başa müraciət etmək üçün xüsusi sayt açılmışdır.
Məruzə ətrafında Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, rayon Prokuroru Fəxrəddin Məmmədov, Tərtər Regional Qaz İstismar Sahəsinin Bərdə Xidmət sahəsiniin rəisi Şəhriyar Qarayev, Mərkəzi rayon xəstəxanasının Baş həkimi Rəna Mustafayeva çıxış etmişlər.
Hesabat yığıncağında Millət vəkili Gövhər Baxşəliyeva və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişlər.
Yığıncaqda müzakirə edilən rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.