Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova Bərdədə vətəndaşları qəbul edərək müraciətlərini dinləmişdir.

04 mart 2017 | 16:00
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova  Bərdədə   vətəndaşları qəbul edərək müraciətlərini dinləmişdir.

  Qəbuldan əvvəl  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova    Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.
  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova  YAP rayon təşkilatının inzibati binasında  vətəndaşların müraciətlərini dinləyib aidiyyatı üzrə müvafiq tapşırıqlar vermis,  səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar müraciət müəlliflərinə hüquqi yardım göstərmiş, belə müraciətləri müvafiq qurumlara çatdırılması barədə əməkdaşlarına  müvafiq tapşırıqlar vermiş

Qəbuldan sonra  Komitə sədri H.Hüseynova rayon İcra Hakimittəyinin başçısı V.İsayevlə birgə rayonun fəal qadınları ilə görüşmüş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin uğurla aparılmasından danışmışlar. Rayon qadınlarından rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Mərkəzi rayon xəstəxanasının baş həkimi Rəna Mustafayeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, təqaüdçü qadın Məleykə Qasımova, rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova Bərdə qadınlarının da  ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini daim dəstəklədiklərini bildirmiş,  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsini alqışlamış, bunu respublika qadınlarına verilən dəyər kimi qiymətləndirmişlər.
Sonda Komitə sədri Hicran Hüseynova 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş bərdəli  şəhidlərin  analarına və rayonun fəal qadınlarından bir qrupuna Komitənin Fəxri-fərmanları və  mükafatlarını təqdim etmişdir.
Azərbaycan Respublikası   Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova  və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun müxtəlif mədəniyyət obyektlərində olmuş, buradakı tarixi abidələrlə,  Heydər Əliyev adına park-bulvarla tanış olmuşdur.
 

Keçidlər