Bərdədə təntənəli Novruz bayramı şənliyi keçirildi
17 mart 2017 | 16:00
Rayonun mərkəzi meydanında keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayon icra hakimyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri – cəmi 15 min nəfər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud və Bahar qız Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin və məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompozisiya və səhnələrə, gənc idmançıların idman proqramlarına, gənclərin dirə-döymə oyunlarına, pəhləvanların və kəndirbazların səhnələrinə tamaşa etmiş, milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Musiqi sədaları altında meydana Bahar qızı gəlmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup sakin rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, bir qrup sakinə qiymətli hədiyyələr təqdim edilmişdir. Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur.