Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Şəki, Zaqatala, Qəbələ bölgəsinə yola salınıblar.
Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Şəki, Zaqatala, Qəbələ bölgəsinə yola salınıblar.
Martın 23-də-də Bərdə rayonunun mərkəzi meydanında qələbəlik idi. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən məktəbliləri Şəki, Zaqatala, Qəbələ marşrutu üzrə yola salmaq üçün meydana toplaşmışdılar.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Müəllim və valideynlər məktəblilərə yaradılmış bu gözəl şəraitə görə ölkə Prezidenti cənab İlham Əiyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Şəki-Zaqatala-Qəbələ istiqaməti üzrə yola düşüblər.