Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir.

31 mart 2017 | 16:00
 Heydər Əliyev Mərkəzində keçirilən  tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı   aparatının,  Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatının məsul işçiləri və fəalları,  ictimaiyyət və KİV nümayəndələri  iştirak etmişlər.
Tədbirdə Soyqırımı qurbanlarının və  torpaqlarımız uğrunda həlak olmuş şəhidlərimizin   xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə etmişdir. Bildirmişdir ki,    azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ermənilərin   soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmışdır.   Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi  dədə-baba torpaqlarından didərgin salınmış, indi Ermənistan adlandırılan həmin torpaqlarda   xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1918 –ci il mart qırğınlarına hüquqi- siyasi qiymət verilmiş və bunun əsasında bütün dünya azərbaycanlıları tərəfindən   həmin tarixi gün  azərbaycanlıların soyqırımı günü olaraq dərin kədər və hüznlə qeyd olunur.
   Tədbirdə 1948-51-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunmuş, hazırda  Həsənqaya  kənd sakini Qurban Qasımov,  Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin tarix müəllimi, ailəsi 1948-53 –cü illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş Elgün Qocamanov çıxış edərək  ermənilər tərəfindən törədilmiş azərbaycanlıların soyqırımı  ilə bağlı müəyyən tarixi faktlar əsasında danışmışlar.
Tədbir  Yeni Daşkənd kənd   tam orta məktəbin şagirdlərinin göstərdiyi kompozisiya ilə başa çatmışdır.
Keçidlər