Aprel döyüşlərində şəhid olmuş Azərbaycan Milli Ordusunun baş çavuşu Səbuhi Musayevin xatirəsinin birinci ildönümü Bərdədə təntənəli anım günü keçirilmişdir.
Aprel döyüşlərində şəhid olmuş Azərbaycan Milli Ordusunun Başçavuşu Musayev Səbuhi Rəfayil oğlunun həlak olmasının birinci ildönümü mərasimi 07 aprel 2017 –ci il tarixdə yaşamış olduğu Mustafaağalı kəndində təntənəli şəkildə qeyd edilmişdir.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı və Aparatın məsul əməkdaşları, həmçinin rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, əmək kollektivləri, müharibə veteranları, şəhidin cəbhə yoldaşları və doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Mərasimi rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açmış şəhid zabitin şərəfli döyüş yolundan, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə ” medalına layiq görüldüyündən, ümumilikdə Lələtəpə qələbəsinin alınmasında döyüş xidmətlərindən, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan təxribatına cavab verən igid döyüşçülərimizin Lələtəpə qələbəsinin Qarabağın alınmasında strateji əhəmiyyətindən və bu qələbədə bərdəli şəhid oğulların döyüş fədakarlığından ətraflı danışmışdır.
Mərasimdə şəhid Səbuhi Musayevin tarix müəllimi Şövkət İsmayılova şəhidin hələ orta məktəbdə oxuyarkən Vətənə olan sevgisi ilə yoldaşlarına nümunə olmasından, “Şahinlər” və “Cəsurlar” hərbi idman oyunlarının respublika turunda qalib olmağından danışmışdır.
Mərasimdə şəhid baş çavuş Səbuhi Musayevin atası Rəfayil Musayev çıxış etmiş, oğlu Səbuhinin igidliyi ilə bütün Azərbaycan xalqı kimi fəxr etdiyini bildirmişdir.