19 aprel 2017-cı il tarixdə Bərdə rayonunun 2017-cı ilin birinciu rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Cari ilin birinci rübü rayonumuz üçün də uğurlu olmuşdur. Makroiqtisadi dayanıqlıq təmin edilmiş, rayonun özünü maliyyələşməyə keçidi üçün önəmli addımlar atılmışdır.
2017-ci ilin birinci rübü rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir.
Rüb ərzində 67,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 4,2 milyon manatlıq sənaye, 25,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 4,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 1,7 milyon manatlıq nəqliyyat xidməti, 0,3 milyon manatlıq informasiya və rabitə, 31,8 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
3 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 105,6 faiz, xərcləri proqnozuna 81,5 faiz əməl edilmişdir. Hüquqi şəxslərdən torpaq vergisi (78,4%), əlavə dəyər vergisi (83,2%), sair daxilolmalar (52,4%), torpağın icarəyə verilməsi (21,1 %) üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri icra edilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 10 sahibkara 100 min manat güzəştli kredit verilərək 11 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2821 sahibkara 72,5 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5188 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 2813 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 28-i mövcud müəssisə və təşkilatlarda, 2080-ı fiziki şəxslərdə, 705-i digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır.
Tikintisi və əsaslı təmiri başa çatdırılmış obyektlər:
-480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi və 18 sinif otağından ibarət yeni korpusu
Əsaslı təmir və bərpa işləri aparılan obyektlər:
-1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi
- 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbi
- “Bərdə” türbəsinin bərpası
- Kommunal binaların əsaslı təmiri
- İmamzadənin təmiri
- Hacılar kəndində süd toplama məntəqəsinin tikintisi (AzKİL)
- 17 kəndi birləşdirən 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması
Tikintisi davam etdirilən obyektlər:
- Mədəniyyət Mərkəzi
- Gənclər Mərkəzi
- Bərdə-Ağcabədi avtomobil yolunun yenidən qurulması
- 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçası
- Yuxarı Qarabağ kanalının maşın qolu
- Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
- Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə
- 10 kəndin elektrik şəbəkəsinin yenidən qurulması
- 3 kənd qazlaşdırılması
Rüb ərzində tikintisi, quraşdırılması, əsaslı təmiri üçün görülən işlər:
-80 şagird yerli Qaratəpə kənd tam orta məktəbi üçün modul tipli məktəbin tikilməsi üçün texniki rəylərin verilməsi;
-3 kənddə sutəmizləyici qurğuların qurulmasının layihələndirilməsi
Kommunal binaların təmiri:
Rüb ərzində 6 ədəd 5 mərtəbəli, 1 ədəd 2 mərtəbəli yaşayış binasında 1450 kv. metr dam örtüyü yenidən qurulmuş, 6220 kv. metr suvanmış, 360 kv. metr aqlay üzlük çəkilmiş, 18501 kv. sahə emusiya ilə rənglənmiş, 1488 kv. metr beton üzlük çəkilmiş, binaların həyətlərində 352 p/ metr bardyor düzülmüş, 630 kv. metr sahə tametlə üzlənmişdir. Həmçinin 2 ədəd 2 mərtəbəli kommunal yaşayış evlərinin dam örtükləri, fasad və giriş hissələri təmir edilmiş, 4 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 2 ədəd 5 mərtəbəli və 1 ədəd 9 mərtəbəli yaşayış binalarının 1860 kv. metr zirzəmiləri təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Kommunal binaların 47690 kv. metr əraziləri süpürülmüş, ərazilərdən 3460 kub metr məişət tullantıları və 23300 kub metr çirkab suları daşınmışdır.
Mənzil Təmir İstismar sahəsi üzrə xidmətin ödənilməsi proqnozuna 98,2 faiz əməl edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə dayanıqlı inkişafın təmin edilməsi üçün seçilmiş 9 strateji hədəf və 36 prioritet istiqamətlərlə bağlı rayonda müvafiq tədbirlər həyata keçirilmişdir.
Rüb ərzində cari ilin məhsulu üçün əkilmiş 13909 hektar taxıl, o cümlədən 11140 hektar buğda və 2769 hektar arpa sahələrinə aqrotexniki qaydada qulluq davam etdirilmiş, yazılıq əkinlərin səpinin optimal müddətdə aparılması üçün tədbirlər görülmüşdür.
01 aprel vəziyyətinə 3763 hektar sahədə yazlıq bitkiləri, o cümlədən 1204 hektar sahədə yonca, 121 hektar sahədə kartof, 1185 hektar sahədə tərəvəz, 1220 hektar sahədə şəkər çuğunduru, 27 hektar sahədə qarğıdalı, 6 hektar sahədə günəbaxan əkilmişdir. Yazlıq əkinlər mütəşəkkil qaydada davam edir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yol xəritəsinə uyğun olaraq rayonda pambıqçılığın və baramaçılığın inkişafı, çuğundur istehsalının artırılması üçün tədbirlər davam etdirilmiş, indiyədək 8518 hektar sahədə pambıq əkilməsi üçün şum aparılmış, sahələrə mala çəkilmiş, artıq 1751 hektar sahədə çiyid əkilmiş, çiyid əkini sürətlə davam etdirilir. Çiyidin əkindən əvvəl dərmanlanmasına, səpinin aqrotexniki qaydaya uyğun aparılmasına xüsusi diqqət yetirilir.
Rayonda emal üçün şəkər çuğunduru əkinləri sürətlə aparılır, indiyədək 1453 hektar sahədə şəkər çuğunduru əkilmiş, bu hesaba 1210 nəfər işlə təmin edilmişdir. Əkin sürətlə davam etdirilir.
Pambıq istehsalının artırılması üçün subsidiyaların verilməsi barədə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin göstərişi pambıqçılarımız tərəfindən rəğbətlə qarşılanmışdır.
2017-ci ildə rayonda 10 ton barama istehsalı üçün 200 qutu barama götürülməsi nəzərdə tutulmuş, barama istehsalçıları müəyyənləşdirilmiş, onların barama qurdu saxlanılacaq yerlərində təmir-bərpa və dizenfeksiya işləri aparılmış, kümçülərin istifadə edəcəkləri çəkil ağaclarının yerləri müəyyənləşdirilmişdir. .
Hesabat dövründə rayona 30 baş ətlik-südlük və 30 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Hacılar kəndində süd qəbulu məntəqəsi tikilir.
Rüb ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 1444,8 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 1093,0 min manat, qeyri-büdcə təşkilatları üzrə 350,8 min manat vəsait toplanaraq proqnoza 102,8 faiz əməl edilmışdır.
Rüb ərzində keçən ilin müvafiq dövrünə nisbətən gəlirlər 38,9 min manat, o cümlədən qeyri büdcə təşkilatları üzrə 38,9 min manat artmışdır.
Rüb ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 70 faiz ödənilmişdir.
Hesabat dövründə yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmiş, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər görülmüşdür.
Hazırda Lənbəran, Otuzikilər və Mollalı kəndlərinin qazlaşdırılması başa çatmaq ərafəsindədir, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli və Bayramlı) qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır.
Rüb ərzində 61 fərdi yaşayış evinə təbii qaz verilmişdir.
Görülmüş tədbirlərin nəticəsidir ki, istehlak edilmiş qazın dəyəri 79 faiz ödənilmiş, itkilər şəbəkədə itkilər keçən ildəkindən 3,3 faiz azalaraq 4,4 faiz təşkil etmişdir.
İl ərzində əhali tərəfindən istehlak edilmiş içməli suyun dəyəri 90,8 faiz, yerli büdcə təşkilatları və qeyri əhali sektoru üzrə 103,4 faiz ödənilmişdir.
Bunlarla yanaşı rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.
Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbinin əsaslı təmiri və yeni korpusunun tikintisi başa çatdırılmış, hər biri 1150 şagird yerlik olan şəhər 2 və 6 saylı tam orta məktəblərinin əsaslı təmiri davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15 fevral 2017-ci il tarixdən əhalinin tibbi müayinəsinə keçirilməsinə başlanmış, indiyədək 76 müəssisə və təşkilatların işçiləri və 74 kəndin sakinləri daxil olmaqla 95055 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 274 nəfər stasionar, 363 nəfər ambulator müalicəyə cəlb edilmiş, 32 nəfər cərrahiyə əməliyatına cəlb edilmiş, 176 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir. Keçən illərdən fərqli olaraq artıq əhali arasında tibbi müayinədən keçməyə maraq yaranmışdır. Əhalinin tibbi müayindən keçməsi müvəffəqiyyətlə davam edir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında rüb ərzində nigaha daxil olmaq istəyən 190 nəfər tibbi müayinədən keçirilmişdir.
Rüb ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində turism gəzintisində olmuşdur.
Rüb ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika yarışlarında 6 qızıl, 9 gümüş və 9 bürünc olmaqla 24 medal qazanmışlar.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları əsasında rüb ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
Rüb ərzində rayonun sakinləri ordu quruculuğu üçün 11,2 min manatdan çox maddi yardım göstərmişlər.
Rüb ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında 5230 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 580 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 10 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 3280 nəfər sakinin iştirakı təmin edilmiş, 91 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaş müraciətlərinin çox sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.
Məruzə ətrafında rayon Statistika idarəsinin rəisi Əlovsət Məmmədov, rayon Məşğulluq Mərkəzinin direktoru Bilman Şadlinski, sahibkar Telman İbişov çıxış etmişlər. çıxış etmişlər.
Yığıncaqda müzakirə edilən rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.