13.02.2013-cü il tarixdə, ”2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının əsas yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir.
13.02.2013-cü il tarixdə, ”2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının əsas yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işcisi hörmətli Pənah Cahangirov, Milli Məclisin deputatları Gövhər xanım Baxşəliyeva və Zahid Oruc iştirak etmişlər.
Yığıncaqda
Yığıncağı Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmışdır.Yığıncaqda çıxış etmək üçün 9 nəfər yazılmış,onlardan Telekomunikasiya Qovşağının rəisi Nazim Şirinov, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, Mərkəzi xəstəxananın baş həkimi İftixar Zeynalov, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Rüstəmov Milli Məclisin deputatları cənab Zahid Oruca və Gövhər xanım Baxşəliyevaya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işcisi cənab Pənah Cahangirova çıxış etmişlər.Eyni zamanda çıxış üçün söz verilmişdir.
Hesabat yığıncağında qərar layihəsi və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət qəbul edilmiş və oxunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev yığıncağın işini yekunlaşdırmış və qeyd etmişdir ki, qurub yaradan bərdəlilər daima ümumimilli lider Heydər Əliyevin ideyalarına, onun siyasi irsinə sədaqətli olmuşlar. Eyni zamanda bildirmişdir ki,Bərdə rayon ictimaiyyəti adından biz ,Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyir,onun ətrafında daha sıx birləşmişik. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Respublikamızın çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın firəvan həyatın təminində bərdəlilər daim öndə gedəcəklər.
Sonra yığıncaq bağlı elan olunmuşdur.