Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Otuzikilər və Bayramlı kəndlərində təbii qaz verilişinin açılışı olmuşdur.

25 iyul 2017 | 16:00
   Bərdənin Otuzikilər və Bayramlı kəndlərində təbii qaz verilişinin açılışı olmuşdur.
İyulun 25-də Bərdə rayonununOtuzikilər və Bayramlı kəndlərinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,   “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak  etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, yaxın vaxtlarda rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar. Otuzikilər və Bayramlı kəndlərinin qazlaşdırılması üçün 43,5 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 52 ədəd siyirtmə və  554 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Bu gün 554 ailəyə təbii qaz verilir.
         Tədbirdə Otuzikilər kənd sakinləri Telman Hüseynov, Rəhim Məmmədov, Bayramlı kənd sakini Etibar Mikayılov  çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Tədbirdə    “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək kənd sakinlərini və tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə  təbrik etmişlər.
          Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev   kənd ağsaqqalı Telman Hüseynov ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.
Keçidlər