UNICEF-in və BAMF-ın nümayəndələri Bərdədə olmuşlar
17 iyun 2017 | 16:00
BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrası ilə əlaqədar onların nümayəndələri Bərdədə olmuş, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, layihə çərçivəsində fəaliyyət göstərən gənclər iştirak etmişlər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində yaradılmış Gənclərin Məşvərət Şurası üzvlərivə rayonun icra strukturları ilə gənclərin əməkdaşlığının möhkəmləndirilməsidir.
Görüş cay süfrəsi ətrafında disiskussiya və fikir mübadiləsi şəraitində keçmişdir. 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvlərinin arzu və təklifləri dinlənilmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.