Şriftin ölçüsü :

Saytın rəngi :

28 iyul 2017-cı il tarixdə Bərdə rayonunun 2017-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

07 iyul 2017 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Cari ilin altı ayı rayonumuz üçün də uğurlu olmuşdur. Makroiqtisadi dayanıqlıq təmin edilmiş, rayonun özünü maliyyələşməyə keçidi üçün önəmli addımlar atılmışdır.
2017-ci ilin altı ayı rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir.
6 ay ərzində 193,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 87,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 29,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 3,1 milyon manatlıq nəqliyyat xidməti, 0,6 milyon manatlıq informasiya və rabitə, 65,6 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2016-cı  ilin müvafiq dövrünə nisbətən  ümumi məhsul istehsalı 11,1 faiz, sənaye məhsulu istehsalı 21,3 faiz, kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 5,3 faiz, tikinti-quraşdırma işləri 48,5 faiz, nəqliyyat xidməti 2,6 faiz, informasiya xidməti 6,1 faiz, ticarət xidmətləri 6,3 faiz artmışdır.
6 ay ərzində 193,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 87,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 29,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 3,1 milyon manatlıq nəqliyyat xidməti, 0,6 milyon manatlıq informasiya və rabitə, 65,6 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2016-cı  ilin müvafiq dövrünə nisbətən  ümumi məhsul istehsalı 11,1 faiz, sənaye məhsulu istehsalı 21,3 faiz, kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 5,3 faiz, tikinti-quraşdırma işləri 48,5 faiz, nəqliyyat xidməti 2,6 faiz, informasiya xidməti 6,1 faiz, ticarət xidmətləri 6,3 faiz artmışdır.
6 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 94,7 faiz, xərcləri proqnozuna 89,0 faiz əməl edilmişdir. Fiziki şəxslərdə gəlir (95,3%) hüquqi şəxslərdən torpaq vergisi (40,3%), dövlət rüsumu (88,1%), torpağın icarəyə verilməsi (24,0%), qarşılıqlı hesablaşma üzrə (52,7%) müstəsna olmaqla gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri icra edilmişdir.

İlin birinci yarısında rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 16,8 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu keçən ilin axırındakından 15,2 faiz çoxdur.
İri fermer təsərrüfatlarının yaradılması, Aqrar sənaye parkının genişləndirilməsi, sənaye məhəllələrinin təşkil edilməsi fəaliyyətimizin proritet istiqamətidir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 96 sahibkara 924,3 min manat güzəştli kredit verilərək 118 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2907 sahibkara 73,3 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5295 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 6 ay ərzində 10350 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 38-i mövcud müəssisə və təşkilatlarda, 2438-i fiziki şəxslərdə, 7861-i digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 51552 yeni iş yerləri açılmışdır ki, bunun da 21444-ü daimi iş yerləridir.
Cari ilin məhsulu üçün artıq 8518 hektar sahədə pambıq əkilməsi üçün 1518 nəfərlə müqavilə bağlanmış, hazırda bu sahədə 7670 nəfər işçi çalışır. 
- 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş və əlavə yeni korpusu tikilib istifadəyə verilmişdir.
- 17 kəndi birləşdirən 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması  işi davam etdirilmiş, işlər yekunlaşmaq üzrədir.
- Rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov və Bakı küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, H.Əliyev prospektinə gecə işıqlandırılması verilməsi işi davam etdirilmişdir.      
- Şəhərin prospekt, küçə, park və meydanlarında 1330 kv. metr hasar hörülmüş, 1220 kv. metr divarlar suvanmış, divarlara  1040 kv. metr aqlay üzlük çəkilmiş, 2200 kv. metr divarlar rənglənmiş, 3190 p/metr səki daşları düzülmüş, 4090 kv. metr tamet və 380 kv. metr əraziyə qranit üzlük döşənmiş, 2700 metr yeraltı elektrik xətləri çəkilmiş, 94 ədəd işıqlandırma dirəkləri quraşdırılmış, 400 p/metr yağış suları üçün, 156 p/metr kanalizasiya boruları çəkilmiş, 5 kanalizasiya quyuları tikilmiş, 56,7 min kv. ərazi asfalt-betonla tikilmişdir.  
- küçə və meydanlarında, yolların kənarlarında 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilmişdir.
- Hacılar kəndində süd toplama məntəqəsi tikilmiş və hazırda avadanlıqlar quraşdırılır.
- respublika əhəmiyyətli avtomobil yollarının 264,51 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 166 ədəd siqnal dirəyi, 9 ədəd yol nişanı quraşdırılmış,bardyor və keçidlər rənglənmiş, qış dövründə avtoqəzaların qarşısının alınması üçün yollara qum səpilmiş, xidmət işləri aparılmışdır. 
-yerli əhəmiyyətli Hüseynalılar-Qaradırnaq kəndlərarası yolun 2 km hissəsi qum-çınqılla təmir edilmiş, yolların 12179 kv. metr hissəsinin dağılmış asfalt-beton örtüyü bərpa olunmuş, 514 ədəd siqnal dirəyi və 75 ədəd yol nişanı quraşdırılmış, baryor və piyada keçidləri  rənglənmişdir. 
-Mehdili kəndində 11,8 km daxili yollar qum-çınqlla əsaslı təmir edilmiş, yola dayanacaq quraşdırılır.
- daxili imkanlar hesabına 3 küçə (Gəncə, C.Cabbarlı, M.Cəfərov) və Yeni yaşayış məhəlləsinin küçələri qum-çınqıl və şebenlə, rayonun 10 kəndində 64,1 km daxili yollar qum-çınqılla cari təmir edilmiş, şəhərin 15 küçəsində piyada yollarında təmir işləri aparılmış, yollar alaq otlarından təmizlənmiş, H.Əliyev prospektində bardyorlar  rənglənmiş, 154 ədəd tarixi qapılar laklanmış,  16,4 km təsərrüfatdaxili və 0,1 km baş arxlar lildən təmizlənmiş, 81 kəndin baş yollarının kənarları və 29 kəndin qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, kəndlərdən 134 maşın məişət tullantılarından təmizlənmişdir. 
- rayonun Zümürxan, Lək, Lənbəran, Cəyirli, Soğanverdilər, Qaradəmirçi, Xanərəb, Qarağacı və Qasımbəyli kəndlərində, Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
- 35/10  kv-luq Bəcirəvan yarımstansiyasında 4MVA transformator 7,5 MVA transformatorla əvəz edilmiş, Mustafağalı və Pambıq zavodu yarımstansiyalarında 35 kv-luq giriş yağ açarları, 35 kv-luq II Bərdə hava xəttindən qidalanan 35 kv-luq H.Aslanov yarımstansiyasının 45 saylı dəmir-anker və S.Yusifli hava xəttində 9 ədəd qüsurlu ağac anker dayaqlar yenisi ilə əvəz edilmiş, 64 ədəd 10 kv-luq və 182 ədəd 0,4 kv-luq beton və metal dirəklər basdırılmış, 2700 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilmiş, 458 ədəd yeni sayğac quraşdırılmış, 7,85 km naqillər yenisi ilə əvəz edilmiş, 18 km SİP kabel çəkilmişdir.
- Otuzikilər və Bayramlı kəndlərinin qazlaşdırılması başa çatdırılmış, Mollalı kəndinin qazlaşdırılması başa çatmaq üzrədir, Lənbəran kəndinin qazlaşdırılması davam etdirilmiş, 4 kəndin qazlaşdırılması üçün (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli) layihə-smeta sənədlərinin hazırlanması davam etdirilmiş, 369 p/metr müxtəlif diametrli qaz xətləri, 225 ədəd krantlar və 56 ədəd qaztənzimləyicilər yenisi ilə əvəz olunmuş, 61 fərdi yaşayış evinə təbii qaz verilmişdir.
- rayonun Muğanlı və Xəsili kəndləri istiqamətində 9 km optik kabel, 3 km rabitə kabeli, 160 abonent xətləri çəkilmiş, 105 ədəd yeni dəmir dirək basdırılmış, 396 portluq DSLAM avadanlıqları quraşdırılmış, 6,8 km rabitə xətləri, 171 ədəd istifadəyə yararsız dirək yenisi ilə əvəz olunmuş, Cəyirli kəndində 80 abonentin rabitə şəbəkəsinin tikintisi davam etdirilir
- 6 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 2 ədəd 5 mərtəbəli və 4 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 1 ədəd 9 mərtəbəli, 4 ədəd 5 mərtəbəli və 1 ədəd 2 mərtəbəli yaşayış binalarının 3720 kv. metr zirzəmiləri təmiznərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
- Bərdə-Ağcabədi avtomobil yolunun yenidən qurulur, kommunal binalar təmir edilir, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulması, qazlaşdırılmasının başa çatdırılması üçün ardıcıl iş aparılır.
- Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işlərinin aparılması, 1150 şagird yerlik şəhər 2 və 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəblərinin əsaslı təmirinin, “Bərdə” türbəsinin bərpası, İmamzadənin təmirinin başa çatdırılması, 80 şagird yerli Qaratəpə kənd tam orta məktəbi üçün modul tipli məktəbin tikilməsi, Qaratəpə kəndində modul tipli məktəb binasının tikilməsi, 4 kənddə sutəmizləyici qurğuların qurulması üçün tədbirlər görülməkdədir.
Yarım il ərzində 6 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 2 ədəd 5 mərtəbəli və 4 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 1 ədəd 9 mərtəbəli, 4 ədəd 5 mərtəbəli və 1 ədəd 2 mərtəbəli yaşayış binalarının 3720 kv. metr zirzəmiləri təmiznərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə dayanıqlı inkişafın təmin edilməsi üçün seçilmiş 9 strateji hədəf və 36 prioritet istiqamətlərlə rayonda tədbirlər həyata keçirilmişdir.
İlin birinci yarısı ərzində cari ilin məhsulu üçün 15846 hektar sahədə yazlıq bitkilər, o cümlədən 8518 hektar sahədə pambıq, 989 hektar sahədə şəkər çuğunduru, 168 hektar sahədə kartof, 2279 hektar sahədə tərəvəz, 1403 hektar sahədə bostan, 266 hektar sahədə dən üçün günəbaxan, 223 hektar sahədə dən üçün qarğıdalı, 1541 hektar sahədə çoxillik otlar (təzə yonca), 438 hektar sahədə soya, 21 hektar sahədə sair bitkilər əkilmişdir.  Yazlıq əkinlər aqrotexniki qaydada becərilmişdir.
  Taxıl biçini mütəşəkkil qaydaba aparılaraq hər kektardan 38,3 sentner olmaqla 53464 ton taxıl istehsal edilmişdir ki, bu da 2016-cı ildəkindən 4 faiz çoxdur. Hər hektardan 39,7 sentner buğda olmaqla 44396,5 ton buğda, hər hektardan 32,7 sentner olmaqla 9067,8 ton arpa istehsal edilmişdir. Keçən ilə nisbətən buğda istehsalı 3510 ton və ya 8, 6 faiz artmışdır.
Hesabat dövründə rayonda qaramalın baş sayı 1,2 faiz artaraq 95779 başa, qoyun və keçilərin sayı 0,8 faiz artaraq 143811 başa çatmışdır.
6 ay ərzində diri çəkidə 9,1 min ton ət, 38,4 min ton süd, 15 milyon ədəd yumurta istehsal edilmişdir. 2016-cı ilin müvafiq dövrünə nisbətən  ət istehsalı 7,7 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 4,9 faiz artmışdır. 
Uzun illər fasilədən sonra rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülmüş, 6 ay ərzində rayonun 13 kəndində (Otuzikilər, Uğurbəyli, Xanərəb, Qazaxlar, Kürdborakı, İkinci Nazırlı, Soğanverdilər, Əmirli, Kərimbəyli, Zümürxan, Lənbəran, Bəcirəvan, Böyük Ərəblər) əkilmiş 60712 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilmişdir.
2017-ci ildə kümçülərimiz tərəfindən 12,5 yüksək keyfiyyətli barama istehsal edilmişdir ki, bu da keçən ildəkindən 2,8 dəfə çoxdur. 
Gələn ilin məhsulu üçün rayonda olan çəkil ağacları budanmışdır.

Yarım il ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 432 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 6 ayda 9093 nəfərə sosial müavinət, təqaüd və kompensasiyalar, 1175 nəfərə Prezident təqaüdü, 1223 nəfərə birdəfəlik sosial müavinət verilmişdir.
Yeni yaradılmış 190 çağrı sistemi ilə 3 nəfərə yeni pensiya təyinatı verilmişdir. 
Əhalinin məşğulluğunun təmini üçün işlər davam etdirilmişdir. 6 ay ərzində 1445 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 374 nəfər işaxtaran münasib işlə təmin (49 nəfər qadın, 184 nəfər gənc, 40 nəfər məcburi köçkün) edilmiş, 71 nəfərə işsizlik statusu (12 nəfər qadın, 27 nəfər gənc, 10 nəfəri məcburi köçkün)  verilmiş, 83 nəfərə müavinət (11 nəfər qadın) təyin olunmuşdur.  Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 2 nəfər kvota yerinə göndərilmişdir.
        Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əlaqədar seçilmiş 30 aztəminatlı ailədən biznes planı təqdim etmiş 23 ailəyə öz biznesini qurmaq üçün proqram icra olunmuş, onlara mal-qara və avadanlıqlar alınıb verilmişdir. Özünəməşğulluqla məşğulluq proqramına cəlb olunanlardan 13 nəfəri südlük və 1 nəfəri ətlik istiqamətli heyvandarlıqla, 2 nəfəri qoyunçuluq, 1 nəfəri keçiçilik, 1 nəfəri kompyuter salonu xidməti, 2 nəfəri çörək istehsalı, 1 nəfəri at yəhərləri hazırlanması, və təmiri, 1 nəfəri avtoyuma və 1 nəfəri dərziliklə məşğul olacaqdır. 
6 ay ərzində sığorta işləri davam etdirilmiş, 6 növ sığortalanama üzrə 86,4 min manatlıq sığorta olunmuş, proqnoza 115,2 faiz əməl edilmişdir. Sığorta işlərinin gücləndirilməsi üçün tədbirlər gücləndirməlidir. 
İlin birinci yarısında Zümürxan, Lək, Lənbəran, Cəyirli, Soğanverdilər, Qaradəmirçi, Xanərəb, Qarağacı və Qasımbəyli kəndlərində, Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
6 ay ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 102,7 faiz ödənilmişdir.
İlin birinci yarısında 86,2 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkilərək Otuzikilər və Bayramlı kəndlərin 5554 evinə təbii qaz verilmişdir. Mollalı kəndinin qazlaşdırılması başa çatmaq ərafəsindədir, Lənbəran kəndinin qazlaşdırılması üçün iş, 4  kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli) qazlaşdırılması üçüntədbirlər davam etdirilmişdir.
İstehlak edilmiş qazın dəyərinin 96,8 faizi, o cümlədən əhali qrupu üzrə 84,7 faizi ödənilmişdir.
Əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, rayon mərkəzində kommersiya strukturlarında və əhali qrupunda 626 ədəd su sayğacı quraşdırılmış, subartezian quyularında 9 ədəd elektron sayğac quraşdırılmış, 4 ədəd subartezian quyusunun (S.Vurğun, K.Zahidov küçələri və Zümürxan kəndi) dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 24 ədəd quyunun dərinlik nasoslarıı və elektrik təsərrüfatı, 4 ədəd quyunun transformatoru əsaslı təmir edilmiş, 350 su qəzası aradan qaldırılmışdır.
6 ay ərzində abonentlərin 90,9 faizi ödənişə cəlb edilmiş, istehlak edilmiş içməli suyun dəyəri 83,5 faiz ödənilmişdir.
Bunlarla yanaşı rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.
Əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, rayon mərkəzində kommersiya strukturlarında və əhali qrupunda 626 ədəd su sayğacı quraşdırılmış, subartezian quyularında 9 ədəd elektron sayğac quraşdırılmış, 4 ədəd subartezian quyusunun (S.Vurğun, K.Zahidov küçələri və Zümürxan kəndi) dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 24 ədəd quyunun dərinlik nasoslarıı və elektrik təsərrüfatı, 4 ədəd quyunun transformatoru əsaslı təmir edilmiş, 350 su qəzası aradan qaldırılmışdır.
6 ay ərzində abonentlərin 90,9 faizi ödənişə cəlb edilmiş, istehlak edilmiş içməli suyun dəyəri 83,5 faiz ödənilmişdir.
Bunlarla yanaşı rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, rüb ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 119,7 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbinin əsaslı təmiri və yeni korpusunun tikintisi başa çatdırılmış, hər biri 1150 şagird yerlik olan şəhər 2 və 6 saylı tam orta məktəblərinin əsaslı təmiri davam etdirilmişdir.
6 ay ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin buraxılış imtahanlarına hazırlığı üçün tədbirlər görülmüş, attestasiya imtahanları keçirilmişdir. Ümumtəhsil məktəblərinin IX sinifini 1745 nəfər, XI sinifini 1200 nəfər bitirmiş, IX sinifi bitirənlərdən 60 nəfəri fərqlənmə attestatı, XI sinifi bitirənlərdən 2 nəfəri qızıl medala, 10 nəfəri fərqlənmə atestatına layiq görülmüşlər. Məzunların müvəffəqiyyət səviyyəsi keçən ildəkindən yüksək olmuşdur.
XI sinif məzunlarından 655 nəfəri və ya 54,6 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Sənəd verənlərdən 412 nəfəri və ya 63 faizi qəbul imtahanlarının birinci mərhələsində keçid balını toplamışdır. İmtahanların ikinci mərhələsindən asılı olmayaraq ali məktəblərə qəbul balını təmin edən məzunların sayı keçən ildəkindən çoxdur.
Hesabat dövründə əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmişdir.
Rüb ərzində 59 həkim və 42 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15 fevral 2017-ci il tarixdən 15 may 2017-ci il tarixədək 82 müəssisə və təşkilatların işçiləri və 110 kəndin sakinləri daxil olmaqla  126125 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 404 nəfər stasionar, 577 nəfər ambulator müalicəyə, 32 nəfər cərrahiyə əməliyatına cəlb edilmiş, 266 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində hesabat dövründə rayonda ciddi yoluxucu xəstəliklərin yayılmasına yol verilməmişdir.
6 ay ərzində mədəniyyət müəssisələrində 1580, o cümlədən Mədəniyyət mərkəzində 34, mədəniyyət evlərində və klublarda 824, kitabxanalarda 511, musiqi məktəblərində 169, Heydər Əliyev mərkəzində 17, Tarix-diyarşünaslıq muzeyində 13, Rəsm qalereyasında 12 mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 113,4 mindən çox əhali iştirak etmişdir.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş, 6 ay ərzində mərkəzdə 17 tədbir keçirilmiş, mərkəzi 18379 nəfər ziyarət etmişdir.
Hesabat dövründə gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 34, idmanla bağlı 19 tədbir keçirilmişdir. Bu tədbirlərdə 6145 nəfər iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları əsasında rüb ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
Rüb ərzində rayonun sakinləri ordu quruculuğu üçün 26,9 min manatdan çox maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da davam etdiriləcəkdir.

6 ay ərzində rayon ərazisində 142 cinayət qeyd edilmiş, onların 95,7 faizinin açılması təmin edilmişdir.  
6 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  9318  nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1192  nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 23 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 6730 nəfər sakinin iştirakı təmin edilmiş, 200 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaş müraciətlərinin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.  

Məruzə ətrafında rayon Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov, rayon Polis şöbəsinin rəisi İlqar Məmmədov, Mirzəcəfərli bələdiyyəsinin sədri Nurəddin Alıyev, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etmişlər.
           Yığıncaqda müzakirə edilən rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.

Keçidlər