Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
10 may 2017 | 16:00
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edilmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışılmışdır.
Ümummilli lider Heydər Əliyevin 94-ci ildönümü ilə əlaqədar YAP rayon təşkilatının müxtəlif nominasiyalar üzrə rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi müsabiqələrin qaliblərinə YAP rayon təşkilatının Diplom, Fəxri-fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir Regional Mədəniyyət və Turizm idarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.