Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Bərdə rayonunda keçirilmişdir

18 avqust 2017 | 16:00
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 avqust 2017-ci il tarixdə  Bərdə rayon Heydər Əliyev adına Park-bulvarda yerləşən açıq mini futbol stadionunda keçirilmişdir.
Tədbirdən öncə Millət vəkili Rauf Əliyev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə Heydər Əliyev adına Park-bulvarda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə  Bərdə rayon İcra Hakimiyyətinin  başçısı Vidadi İsayev, Millət vəkili, AFFA-nın Birinci vitse-prezidenti, Uşaq-Gənclər  Futbol  Federasiyasının prezidenti  Rauf  Əliyev iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin inkişafı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən onun uğurla davam etdirilməsi, Azərbaycan Respublikası Prezidentinin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünyaya nümunə olan təşkilatçılığı ilə  böyük idman oyunlarına ev sahibliyi etməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır. Bərdə rayonunda  yeniyetmələrin və gənclərin asudə vaxtlarının təşkili üçün rayonun bütün ümumtəhsil məktəblərində, Olimpiya İdman kompleksində futbol və mini futbol meydançaları quraşdırılmışdır. Bu gün   “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbirə toplaşdığımız Heydər Əliyev adına Park-bulvardakı mini futbol meydançası da onlardan biridir. Rayon rəhbəri tədbirdə iştirak edən yeniyetmə və gənclərə uğurlar diləmiş, öz xoş arzularını bildirmişdir.
Tədbirdə Millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Respublikanın Əməkdar məşqçisi Şakir Cəfərov   çıxış edərək bildirmişlər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunmuşdur ki,  Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş, Birinci Avropa Oyunlarında, RİO-2016 da və Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir.
Tədbirin sonunda uşaqlara müxtəlif  idman ləvazimatları paylanmış, uşaqlar əyləncəvi futbol nümayiş etdirmişlər.

 

Keçidlər