Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəsmiləri və BAMF-ın rəhbəri Bərdədə olmuşlar

24 avqust 2017 | 16:00
      23 avqust 2017-ci il tarixdə BAMF-ın təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin  rəsmiləri  Joreon Villiams, Ramilə Aslanova, Seymur Yusifli və BAMF-ın rəhbəri Umud Mirzəyev  Bərdə rayonunda səfərdə olmuşlar. Səfərdə məqsəd Avropa İttifaqının Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təsdiq etməkdə Azərbaycan hökumətinin göstərdiyi səyləri dəstəkləmək üçün həyata keçirdiyi Regionların və Kənd yerlərinin İnkişafına Yardım proqramı daxilində Bərdə rayonunun iqtisadi inkişafının gələcək perspektivləri ilə tanış olmaq və rayon İcra Hakimiyyəti ilə danışıqlar aparmaq olmuşdur.  Qonaqlar öncə   rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri   iştirak etmişlər.  Görüş cay süfrəsi ətrafında qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində keçmişdir.   
Sonra nümayəndələr Bərdə rayonunda yerləşən Aqropark, kənd yarmarkası, xirda fermer təsərrüfatlarında olmuş, Nuşabə parkı və Torpaq qalanı gəzmiş, Həsənqaya ərazisində salınmış qəsəbədə məskunlaşmış qaşqın və məcburi köçkünlərlə görüşmüş, onlar üçün yaradıla biləcək iş imkanları ilə tanış olmuşlar.

 

Keçidlər