Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

30 avqust 2017 | 16:00
Tədbirdən öncə tələbə adı  qazanmış gənclərdən  bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.
        Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açmışdır.
    Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış etmiş, bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə  təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  bu gün uğurla davam etdirilir.  Daha sonra bildirilmişdir ki,Bərdə rayonunda bu il attestat alan məzunların sayı 1317 nəfər olmuşdur. Onlardan iki nəfər orta məktəbi “Qızıl medal”la, 10 nəfər “Fərqlənmə attestatı” ilə bitirmişdir. Ali məktəbə sənəd verən məzunların sayı 794 nəfər  olmuşdur. Onlardan 484 nəfəri ali məktəblərə qəbul olunmuşdur.  Ali məktəbə qəbul olunanlar- dan 500-dən yuxarı bal toplayan 105 nəfər, o cümlədən  600-dən yuxarı bal toplayan 33 nəfər olmuşdur.  Onlardan 3 nəfər – Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin məzunu, 695 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş Mikayılov Ayxan Arif oğlu, şəhər 5 saylı tam orta məktəbin məzunu, 695 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş Cavadzadə Fəhmin Hidayət oğlu və Zümürxan kənd tam orta məktəbin məzunu, 686 balla Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması fakültəsinə qəbul olunmuş Allahverdiyev Əli Nazim oğlu Prezident təqaüdü almağa namizəddirlər. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 144 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar.  Akademik Z.Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb- lisey bu il də ən yüksk nəticə əldə etmişdir. Buranın bu ilki 91 nəfər məzunundan 78 nəfər ali məktəbə qəbul olunmuşlar.  
Tədbirdə çıxış  edən rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Dövlət İmtahan Mərkəzi Regional Bərdə bölməsinin rəhbəri Samir Əliyev,  ən yüksək balla müxtəlif ali məktəblərə qəbul olunmuş Ayxan Mikayılov, Fəhmin Cavadzadə, Əli Allahverdiyev, Səidə Kazımova, ikinci kurs tələbəsi Şəhla Məhərrəmova, 26 məzunundan 13 nəfəri ali məktəbə qəbul olunmuş şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov,  Qaradəmirçi kənd tam orta məktəbin məzunu, 522 balla  BDU-ya Fərzəliyeva Günayın valideyni Elçin Fərzəliyev   bütün bu uğurları qazanmaqda  ölkə Prezidenti, təhsilin ən böyük qayğıkeşi cənab İlham Əliyevə və Respublikanın Birinci vitse –prezidenti xanım Mehriban Əliyevaya  minnətdar olduqlarını bildirdilər.
       Sonda rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev 200 nəfər tələbə adını qazanmış məzuna qiymətli hədiyyələr təqdim etdi.
        Tədbir rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə yekunlaşdı.
Keçidlər