Şriftin ölçüsü :

Saytın rəngi :

Alaçadırlı qəsəbəsinə təbii qaz verilişinin açılışı

01 mart 2013 | 16:00

28 fevral 2013-cü il tarixdə Alaçadırlı qəsəbəsinə təbii qaz verilişinin açılışı olmuşdur. 
14000 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 9 ədəd siyirtmə quraşdırılmış, hər bir  evə daxili qaz xətləri çəkilmiş, fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Qəsəbədə 278 ailəyə təbii qaz verilmişdir. 
          Tədbirdə qəsəbənin sakinləri Kəlbəcər rayonundan məcburi köçkün, 38 saylı Kəlbəcər məktəbinin direktoru Tapdıq Nəsibov, Ağdam rayonundan məcburi köçkün, Laçın kənd tam orta məktəbin müəllimi Mehriban Baxşəliyeva, Laçın rayonundan məcburi köçkün Kərəm Cabbarov, “Azəriqaz” İstehsalat birliyinin Mətbuat xidmətinin rəisi Araz Ağayev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
         Tədbirin sonunda Alaçadırlı qəsəbəsinə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəl alovlandırılmış, kənd sakinləri ilə söhbət edilmiş, qəsəbədə müvəqqəti məskunlaşmış Tapdıq Nəsibovun ailəsinə məxsus fərdi yaşayış evində təbii qaz yandırılmışdır.

Keçidlər