Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon müəllimlərinin sentyabr konfransı.

07 sentyabr 2017 | 16:00
          Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər.
         Konfransda  Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov,   təşkilat rəhbərləri,  rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2016-2017-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə  etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Təhsil nazirliyinin şöbə müdiri Aydın Əhmədov konfransda çıxış edərək rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.  Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətindəki uğurlardan söhbət açdı.
Konfransda  akademik Z.Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin müəllimi X.Həsənova, şəhər 8 saylı tam orta məktəbin müəllimi N.Həsənova, İnteqrasiya təlimli inkluziv tipli gimnaziyanın müəllimi Ş Əsgərova, Xanqaraqoyunlu kənd tam orta məktəbin direktoru N. İsayev, Mirzalıbəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi T. Sadıqov       çıxış edərək    təhsildəki inkişafa görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
          Konfransda 2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərar qəbul edildi.
           Konfransda təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə müəllimlərdən 8 nəfərinə   rayon Təhsil şöbəsinin Fəxri fərmanı, qocaman müəllimlərdən bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.
Keçidlər