Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2017-cı il tarixdə Bərdə rayonunun 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

18 oktyabr 2017 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Cari ilin doqquz ayı rayonumuz üçün də uğurlu olmuşdur. Makroiqtisadi dayanıqlıq təmin edilmiş, rayonun özünü maliyyələşməyə keçidi üçün önəmli addımlar atılmışdır.
2017-ci ilin doqquz ayı rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir.
9 ay ərzində  322,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 5,1 milyon manatlıq nəqliyyat xidməti, 0,9 milyon manatlıq informasiya və rabitə, 107,3 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
       2016-cı  ilin müvafiq dövrünə nisbətən  ümumi məhsul istehsalı 20,5 faiz, sənaye məhsulu istehsalı 16,3 faiz, kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 12,4 faiz, tikinti-quraşdırma işləri 2 dəfə, nəqliyyat xidməti 2,7 faiz, informasiya xidməti 7,0 faiz, ticarət xidmətləri 6,7 faiz artmışdır.
9 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 102,2 faiz, xərcləri proqnozuna 87,7 faiz əməl edilmişdir. Fiziki şəxslərdə gəlir vergisi (78,3%), dövlət rüsumu (86,9%), sair daxilolmalar (55,7%), torpağın icarəyə verilməsi (2,9%) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri icra edilmişdir.
İlin 9 ayında rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17,1 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu keçən ilin axırındakından 19,6 faiz çoxdur.
         Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 9 ay ərzində 149 sahibkara 1447,3 min manat güzəştli kredit verilərək 187 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2960 sahibkara 73,9 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5364 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 ay ərzində 13122 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 2856-sı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 16-sı yeni yardılmış müəssisələrdə, 44-ü mövcud müəssisə və təşkilatlarda, 2796-sı fiziki şəxslərdə, 10266-sı digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 54324 yeni iş yerləri açılmışdır ki, bunun da 21811-i daimi iş yerləridir.
- 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş və əlavə yeni korpusu tikilib istifadəyə verilmişdir.
- 17 kəndi birləşdirən 25,0 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması  başa çatmış, yolda 2 ədəd 1000 mm-likdəmir-beton, 148 metr müxtəlif ölçülü metal boru salınmış, 22 ədəd avtopavliyon qoyulmuş, 700 ədəd siqnal dirəyi, 432 ədəd yol nişanı quraşdırılmışdır;
- Rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı, M.Cəfərov və H.Cavid küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, H.Əliyev prospektinə gecə işıqlandırılması verilməsi işi davam etdirilmişdir;
- Şəhərin prospekt, küçə, park və meydanlarında 1330 kv. metr hasar hörülmüş, 1220 kv. metr divarlar suvanmış, divarlara  1040 kv. metr aqlay üzlük çəkilmiş, 2200 kv. metr divarlar rənglənmiş, 3190 p/metr səki daşları düzülmüş, 4090 kv. metr tamet və 380 kv. metr əraziyə qranit üzlük döşənmiş, 2700 metr yeraltı elektrik xətləri çəkilmiş, 108 ədəd işıqlandırma dirəkləri quraşdırılmış, 400 p/metr yağış suları üçün, 156 p/metr kanalizasiya boruları çəkilmiş, 5 kanalizasiya quyuları tikilmiş, 56,7 min kv. ərazi asfalt-betonla tikilmişdir.  
- küçə və meydanlarında, yolların kənarlarında 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilmişdir.
- Hacılar kəndində süd toplama məntəqəsi tikilmişdir;
- respublika əhəmiyyətli avtomobil yollarının 8713 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 166 ədəd siqnal dirəyi, 9 ədəd yol nişanı quraşdırılmış, bardyor və keçidlər rənglənmiş, qış dövründə avtoqəzaların qarşısının alınması üçün yollara qum səpilmiş, xidmət işləri aparılmışdır.     - Respublika əhmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu yollarında  9962 kv. metr dağılmış asfalt-beton bərpa edilmiş, yolda 166 ədəd siqnal dirəyi, 15 ədəd yol nişanı quraşdırılmış, avtomobil yolunun təhlükəsizlik xətləri çəkilmiş, piyada keçidləri və bardyorlar rənglənmiş, dondurma zamanı qum səpilmiş, cari təmir işləri görülmüşdür;    - Yerli əhəmiyyətli yollarda 15449 kv. metr dağılmış asfalt-beton bərpa edilmiş, yollarda 514 ədəd siqnal dirəyi, 87 ədəd yol nişanı quraşdırılmış, bardyor və piyada keçidləri rənglənmiş, dondurma zamanı qum səpilmişdir;            - Hüseynalılar-Qaradırnaq kəndlərarası yolun 2 km hissəsi qum-çınqılla təmir edilmişdir;            - Mehdili kəndində 11,8 km daxili yollar qum-çınqlla əsaslı təmir edilmiş, yolda dayanacaq quraşdırılmışdır;       - Kərimbəyli kəndininin içməli su şəbəkəsi tikilmiş, 3.295 km plastik boru çəkilmiş, 2 ədəd 10 tonluq, 2 ədəde 3 tonluq çən quraşdırılmış, 16 bulaq tikilmişdir;            - Məşədiibişli kəndində sutəmizləyici qurğunun quraşdırılmasına başlanmışdır;            - AzKİL çərçivəsində Dəymədağıldı kəndində 9.4 km, Bəcirəvan kəndində 10.13 km kanalllar lildən təmizlənmişdir;      - daxili imkanlar hesabına şəhərin 22 küçəsi və Qaradağlı və Mirzalıbəyli kənd yollarının kənarında Yeni yaşayış məhəllələrinin küçələri qum-çınqıl və şebenlə təmir edilmiş, küçələrə 1318 kub metr qum-çınqıl verilmiş, rayonun 21 kəndində 74,6 km daxili yollar qum-çınqılla cari təmir edilmiş, şəhərin 18 küçəsində piyada yollarında təmir işləri aparılmış, yollar alaq otlarından təmizlənmiş, H.Əliyev prospektində bardyorlar  rənglənmiş, 154 ədəd tarixi qapılar laklanmış,  46,1 km təsərrüfatdaxili və 0,1 km baş arxlar lildən təmizlənmiş, 89 kəndin baş yollarının kənarları və 36 kəndin qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, kəndlərdən 187 maşın məişət tullantılarından təmizlənmişdir.        - rayonun 8 kəndində (Lək, Lənbəran, Qasımbəyli, Piyadalr, Qurdlar, Qullar, Bala Qacar, Məşədiibişli) və Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsinin yenidən qurulması başa çatdırılmışdır;             - rayonun 18 kəndində (Zümürxan, Cəyirli, Mustafaağalı, Qaradəmirçi, Xanərəb, Mollaisalar, Mollalı, Şahvəlilər, Soğanverdilər, Qarağacı, Şirvanlı, Otuzikilər, Qaradırnaq, Qaratəpə, Hacallı, Hacılı, Qaraqoyunlu və Kətəlparaq) elektrik şəbəkəsi yenidən qurulur;    - 35/10  kv-luq Bəcirəvan yarımstansiyasında 4MVA transformator 7,5 MVA transformatorla əvəz edilmiş, Mustafağalı yarımstansiyasında 4 MVA transformator cari təmir edilmiş, 35/10 kv-luq Şirvanlı, Mustafağalı, H.Aslanov, Yeni Həyat, Qaradəmirçi və Pambıq zavodu yarımstansiyalarında yağ açarları təmir edilmiş, 35 kv-luq II Bərdə hava xəttindən qidalanan 35 kv-luq H.Aslanov yarımstansiyasının 45 saylı dəmir-anker və S.Yusifli hava xəttində 9 ədəd qüsurlu ağac anker dayaqlar yenisi ilə əvəz edilmişdir. Şəbəkədə 84 ədəd 10 kv-luq və 212 ədəd 0,4 kv-luq beton və metal dirəklər basdırılmış, 4700 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilmiş, 564 ədəd yeni sayğac quraşdırılmış, 10,35 km qüsurlu naqillər yenisi ilə əvəz edilmiş, 76,24 km SİP kabel çəkilmişdir;     - 172,3 km-dən çox qaz xətləri, o cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək, 1 ədəd Qaztənzimləyici, 107 ədəd siyirtmə və 1090 ədəd sayğac quraşdırılaraq Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılmış, 1090 ailəyə təbii qaz verilmişdir;      -  rayonun Muğanlı və Xəsili kəndləri istiqamətində 9 km optik kabel yenidən çəkilmiş, Məşədidibişli və Məmmədli kəndlərində optik xətlər üzərindən DSLAM avadanlıqları quraşdırılmış, 237 abonent xətti tikilmiş, Mehdixanlı, Umudalılar, Seyid Yusifli, İkinci Hacalllı və Həsənqaya kəndlərində 6,8 km rabitə xətləri yenisi ilə əvəz olunmuş, Əmirli və Xanərəb kəndləri istiqamətində 4 km optik kabel torpaq altına qoyulmuş, 8 Elektron ATS-də cəmi 568 portluq DSLAM avadanlıqları quraşdırılmış,  105 ədəd yeni dəmir dirək basdırılmış, 3 km yeni rabitə kabeli çəkilmiş, 192 ədəd istifadəyə yararsız dirək və 18 km rabitə kabeli yenisi ilə əvəz olunmuş, Cəyirli kəndində 80 abonentin rabitə şəbəkəsinin tikintisi davam etdirilir. 783 abonentə yeni telefon rabitəsi verilmişdir;       - 6 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 2 ədəd 5 mərtəbəli və 7 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 1 ədəd 9 mərtəbəli, 6 ədəd 5 mərtəbəli və 1 ədəd 2 mərtəbəli yaşayış binalarının 5980 kv. metr zirzəmiləri təmiznərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir;            - Bərdə-Ağcabədi avtomobil yolunun yenidən qurulur, kommunal binalar təmir edilir, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulması, qazlaşdırılmasının başa çatdırılması üçün ardıcıl iş aparılır;  - Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 8 kənddə layihənin, o cümlədən 5 kənddə arx və açıq dren kanallalrın təmizlənməsi  (Mollahəmədli, Qasımbəyli, Qaratəpə, Mustafaağalı və Gərənə),  1 kənddə daxili yolların əsaslı təmiri (Mustafaağalı) və 2 kənddə (Şorəlli  və Mollagüllər) icmanın abadlaşdırılması üzrə layihənin icrası üzrə səfərbərlik tədbirləri görülür;               - Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işlərinin aparılması, 1150 şagird yerlik şəhər 2 və 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəblərinin əsaslı təmirinin, “Bərdə” türbəsinin bərpası, İmamzadənin təmirinin başa çatdırılması, 3 kənddə sutəmizləyici qurğuların qurulması üçün tədbirlər davam etdirilir.

9 ay ərzində 6 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 2 ədəd 5 mərtəbəli və 7 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 1 ədəd 9 mərtəbəli, 6 ədəd 5 mərtəbəli və 1 ədəd 2 mərtəbəli yaşayış binalarının 5980 kv. metr zirzəmiləri təmiznərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Kommunal binaların 165900 kv. metr əraziləri süpürülmüş, ərazilərdən 11460 kub metr məişət tullantıları və 84740 kub metr çirkab suları daşınmışdır.
Mənzil Təmir İstismar sahəsi üzrə xidmətin ödənilməsi proqnozuna 91,3 faiz əməl edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə dayanıqlı inkişafın təmin edilməsi üçün seçilmiş 9 strateji hədəf və 36 prioritet istiqamətlərlə rayonda tədbirlər həyata keçirilmişdir.

9 ay ərzində cari ilin məhsulu üçün 15846 hektar sahədə yazlıq bitkilər, o cümlədən 8518,5 hektar sahədə pambıq, 989 hektar sahədə şəkər çuğunduru, 168 hektar sahədə kartof, 2279 hektar sahədə tərəvəz, 1403 hektar sahədə bostan, 266 hektar sahədə dən üçün günəbaxan, 223 hektar sahədə dən üçün qarğıdalı, 1541 hektar sahədə çoxillik otlar (təzə yonca), 438 hektar sahədə soya, 21 hektar sahədə sair bitkilər əkilmişdir.  Yazlıq əkinlər aqrotexniki qaydada becərilmişdir.
Tarlalarda dənli və dənli paxlalıların yığımı əsasən başa çatmışdır. Oktyabrın 1-i vəziyyətinə dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 13980 hektarı biçilib və həmin sahələrdən 53506,3 ton taxıl götürülmüş, hər hektardan orta hesabla 38,3 sentner məhsul istehsal edilmişdir.
Bundan bağqa 223 hektar qarğıdalı sahəsindən 1672,5 ton məhsul toplanmış, hər hektardan orta hesabla 75,0 sentner qarğıdalı dəni götürülmüşdür.
Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 4,8 faiz və ya 2519,7 ton artaraq 55178,8 tona çatmışdır.
Yığım başlanandan oktyabrın 1-dək 1991 ton kartof, 37500 ton tərəvəz, 28200 ton bostan məhsulları istehsal olunmuşdur. Hər hektardan orta hesabla 118,5 sentner kartof, 168,2 sentner tərəvəz, 201 sentner bostan məhsulları istehsal edilmişdir.  Keçən ilin müvafiq dövrünə nisbətən məhsuldarlıq kartof üzrə 8,5 sentner, tərəvəz üzrə 41,1 sentner, bostan məhsulları üzrə 36 sentner artmışdır.
Həmçinin 550,6 ton dən üçün günəbaxan, 1277 ton şəkər çuğunduru istehsal edilmiş, 7261 ton meyvə və giləmeyvə toplanmışdır.
Bunlarla yanaşı havaların əlverişsiz keçməsinə baxmayaraq tarlalarda yetişdirilmiş bol pambıq məhsulunun yığımı mütəşəkkil qaydada aparılır. İndiyədək 8,5 min tondan çox pambıq yığılmışdır ki, bu da keçən ildəkindən 1,6 min ton çoxdur. Məhsulumuz çoxdur və yığım sürətlə apaqrılır.
Payızlıq bitkiləri əkini mütəşəkkil qaydada aparılır. İndiyədək 90 hektar sahədə buğda, 1251 hektar sahədə xəsil arpası, 205 hektar sahədə baş soğan, 23 hektar sahədə sarımsaq, 635 hektar sahədə təzə yonca əkilmişdir.
Hesabat dövründə 309 baş ətlik-südlük və 41 baş südlük istiqamətli cins heyvan alınıb rayona gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Hacılar kəndində süd qəbulu məntəqəsi tikilmışdır.
9 ay ərzində 103891 baş iri buynuzlu, 133431 baş xırda buynuzlu, 1345 baş tək dırnaqlı heyvanlar qarayara, 110011 baş iri buynuzlu və 58377 baş xırda buynuzlu heyvanlar dabaq, 10167 baş iri buynuzlu heyvanlarda leptosproz, 108175 baş xırda buynuzlu heyvanlarda çiçək, 78627 baş iri buynuzlu heyvanlarda nodulyar dermatit, 32205 baş  xırda buynuzlu və 12232 baş iri buynuzlu heyvanlar brüselyoz, 644916 baş quşlar taun, 482016 baş quşlar “La-sota”, 7819 baş itlər quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.
Epizotik tədbirlər planına uyğun olaraq 9 ay ərzində 18910 baş iri buynuzlu və 2499 baş xırda buynuzlu heyvanlardan qan nümunələri götürülərək brüsellyoz xəstəliyinə görə labarator analizdən keçirilmiş, 73 baş iri və 17 baş xırda buynuzlu heyvanlarda brüsellyoz xəstəliyi aşkar edilərək təsərrüfatdan çıxarılmışdır. Həmçinin 786 baş təkdırnaqlı heyvanlar manqo və 5458 baş iri buynuzlu heyvanlar vərəmə görə müayinə edilmişdir.
Rayonun təsərrüfatlarında heyvan saxlanılan ərazilərdə 117,1 min kv. metr sahə profilaktiki və 17,7 min kv. metr sahə məcburi dezinfeksiya edilmişdir.
9 ay ərzində 6786 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 2903 baş sağlam bala alınmışdır.
Oktyabrın 1-nə təsərrüfatlarda 96 min 611 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 520 baş inək və camış, 144 min 563 baş qoyun və keçi olub. 2016-cı ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,0 faiz, o cümlədən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artıb.
9 ay ərzində diri çəkidə 15,3 min ton ət, 58,5 min ton süd, 26,2 milyon ədəd yumurta istehsal edilmişdir. 2016-cı ilin müvafiq dövrünə nisbətən  ət istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta istehsalı 3,4 faiz artmışdır. 
Uzun illər fasilədən sonra rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülmüş, 9 ay ərzində rayonun 13 kəndində (Otuzikilər, Uğurbəyli, Xanərəb, Qazaxlar, Kürdborakı, İkinci Nazırlı, Soğanverdilər, Əmirli, Kərimbəyli, Zümürxan, Lənbəran, Bəcirəvan, Böyük Ərəblər) əkilmiş 60712 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilmişdir.
2017-ci ildə kümçülərimiz tərəfindən 12,5 yüksək keyfiyyətli barama istehsal edilmişdir ki, bu da keçən ildəkindən 2,8 dəfə çoxdur. 
Gələn ilin məhsulu üçün rayonda olan çəkil ağacları budanmış və yeni tinglərin əkilməsi üçün torpaq sahələri ayrılmışdır.
Yarım il ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 640 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
9 ay ərzində əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır.
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, 19963 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
9 ayda məcburi dövlət sosial sığorta haqları üzrə 4309,1 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 3164,0 min manat, qeyri-büdcə təşkilatları üzrə 1145,7 min manat vəsait toplanaraq proqnoza ümumilikdə 90,0 faiz əməl edilmışdır.
9 ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən qeyri büdcə təşkilatları üzrə 96,7 min manat, fiziki şəxslər üzrə 112,6 min manat çox vəsait toplanmışdır. 
Hesabat dövründə bir pəncərə prinsipi ilə 2662 fiziki və 106 hüquqi şəxs qeydiyyatdan keçmiş, pay torpağı olan 55 nəfər qeydiyyata götürülmüşdür.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 9 ayda 607 nəfərə pensiya işi təyin edilmiş, 9098 nəfərə sosial müavinət, təqaüd və kompensasiyalar, 1181 nəfərə Prezident təqaüdü, 1223 nəfərə birdəfəlik sosial müavinət verilmişdir.
Yeni yaradılmış 190 çağrı sistemi ilə 3 nəfərə yeni pensiya təyinatı verilmişdir. 
9 ay ərzində təqaüdlər və bütün növ müavinətlər mövcud 16 bankomat vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
İmtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəliliyi, işləməyən əhalinin uçotu mövcud qanun əsasında aparılması davam etdirilmişdir.
Bunlarla birlikdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində maarifləndirmə işləri genişləndirilməli, təşkilatların debitor borclarının azaldılması üçün tədbirlər,  aztəminatlı əhali ilə ardıcıl və məqsədyönlü işlər bundan sonra da davam etdirilməlidir.
Əhalinin məşğulluğunun təmini üçün işlər davam etdirilmişdir. 9 ay ərzində 1755 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 416 nəfər işaxtaran münasib işlə təmin (68 nəfər qadın, 204 nəfər gənc, 49 nəfər məcburi köçkün) edilmiş, 107 nəfərə işsizlik statusu (24 nəfər qadın, 44 nəfər gənc, 18 nəfəri məcburi köçkün)  verilmiş, 133 nəfərə müavinət (37 nəfər qadın) təyin olunmuşdur.  Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 11 nəfər kvota yerinə göndərilmişdir.
        Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əlaqədar seçilmiş 30 aztəminatlı ailədən biznes planı təqdim etmiş 23 ailəyə öz biznesini qurmaq üçün proqram icra olunmuş, onlara mal-qara və avadanlıqlar alınıb verilmişdir. Özünəməşğulluqla məşğulluq proqramına cəlb olunanlardan 13 nəfəri südlük və 1 nəfəri ətlik istiqamətli heyvandarlıqla, 2 nəfəri qoyunçuluq, 1 nəfəri keçiçilik, 1 nəfəri kompyuter salonu xidməti, 2 nəfəri çörək istehsalı, 1 nəfəri at yəhərləri hazırlanması, və təmiri, 1 nəfəri avtoyuma və 1 nəfəri dərziliklə məşğul olurlar. 
26 sentyabr 2017-ci il tarixdə rayonda “Əmək Yarmarkası” keçirilmiş, 18 idarə, müəssisə və təşkilatdan 198 vakansiya çıxarılmış, 59 nəfərə vakant iş yerlərinə göndəriş verilmişdir.
İlin 9 ayı ərzində rayonun Lək, Lənbəran, Qasımbəyli, Piyadalr, Qurdlar, Qullar, Bala Qacar, Məşədiibişli və Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsinin yenidən qurulması başa çatdırılmışdır. 564 ədəd yeni sayğac quraşdırılmış, 10,35 km qüsurlu naqillər yenisi ilə əvəz edilmiş, 76,24 km SİP kabel çəkilmişdir.
9 ay ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 90,3 faiz, keçən ilin müvafiq dövründəkindən 5,3 faiz çox ödənilmişdir.
9 ay ərzində podaratçı təşkilatlar tərəfindən 172,3 km-dən çox qaz xətləri, o cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək, 1 ədəd Qaztənzimləyici, 107 ədəd siyirtmə və 1090 ədəd sayğac quraşdırılaraq Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılmış, 1090 ailəyə təbii qaz verilmişdir.
Hazırda rayonun 110 yaşayış məntəqəsindən 105-i və ya 95, 5 faizi, abonentlərin 98 faizindən çoxu təbii qazlaq təmin edilmişdir.
Hesabat dövründə Lənbəran kəndinin qazlaşdırılmasının başa çatdırılması, 4 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli) qazlaşdırılması üçün tədbirlər görülmüşdür.
Kərimbəyli kəndininin içməli su şəbəkəsi tikilmiş, kənddə 3,3 km plastik boru ilə su xətti çəkilmiş, 2 ədəd 10 tonluq, 2 ədəd 3 tonluq çən quraşdırılmış, küçələrdə 16 bulaq tikilmiş, Məşədiibişli kəndində sutəmizləyici qurğunun quraşdırılmasına başlanmışdır.

9 ay ərzində istehlak edilmiş suyun dəyəri 93,6 faiz, o cümlədən əhali qrupu üzrə 85,0 faiz, qeyri əhali qrupu üzrə 105,0 faiz ödənilmişdir.
9 ay ərzində telefon abonentlərinin sayı 783, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 968 nəfər artmışdır. 
İlin 9 ayında qovşaqda gəlir proqnozuna 115,0 faiz əməl edilmişdir.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, 9 ay ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 118,3 faiz əməl edilmişdir.
Təhsil Nazirliyinin əmri əsasında “Ədəbiyyat biliciləri” müsabiqəsində İkinci Nazırlı kənd tam orta məktəbinin X sinif şagirdi Mehdiyeva İlahə Rövşən qızı I yerə layiq görülmüşdür.
Rayonun ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında 9 fənn üzrə olimpiyada keçilmiş, şagirdlərin 6 nəfəri olimpiyadanın Respublika mərhələsində iştirak etmək hüququ, onlar 2 gümüş və 1 qızıl medal qazanmışlar.
9 ay ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin buraxılış imtahanlarına hazırlığı üçün tədbirlər görülmüş, attestasiya imtahanları keçirilmişdir. Ümumtəhsil məktəblərinin IX sinifini 1745 nəfər, XI sinifini 1317 nəfər bitirmiş, IX sinifi bitirənlərdən 60 nəfəri fərqlənmə attestatı, XI sinifi bitirənlərdən 2 nəfəri qızıl medala, 10 nəfəri fərqlənmə atestatına layiq görülmüşlər. Məzunların müvəffəqiyyət səviyyəsi keçən ildəkindən yüksək olmuşdur.
XI sinif məzunlarından 794 nəfəri və ya 61 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Sənəd verənlərdən 492 nəfəri və ya 70 faizi qəbul imtahanlarında keçid balını toplamış,469 nəfər və ya ötən ildəkindən 16,7 faiz çox məzun ali məktəblərə qəbul olmuşlar. Məzunlardan 33 nəfəri 600-dən 72 nəfəri 500-dən çox bal toplamışdır. Eyni zamanda 144 nəfər məzun orta-ixtisas məktəblərinə qəbul olmuşlar. 
Ali məktəblərə qəbul imtahanlarında Akademik Z.Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin, şəhər məktəblərinin, Qaradəmirçi, Muğanlı, Xanqaraqoyunlu, Samux, Kətəlparaq, Xanərəb, Şirvanlı, Yeni Daşkənd, Alpout, Əmirli, Mollalı, Zümürxan, Bəcirəvan, Türkmən, Göyüşlü, 1 saylı Hacallı, Mehdili, Əyricə və Qayalı kənd tam orta məktəblərinin məzunları daha yüksək nəticələr əldə etmişlər.
Təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb liseyin ibtidai sinif müəllimi Flora Əliyeva və İnternat tipli gimnaziyanın ingilis dili müəllimi Şəhla Əsgərova Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adınaq layiq görülmüşlər.
9 ay ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində turism gəzintisində olmuşdur.

9 ay ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika  Beynəlxalq yarışlarında 14 qızıl, 10 gümüş və 9 bürünc olmaqla 33 medal qazanmışlar. 4 nəfər idmançımız Pençak-Silat idman növü üzrə Avropa birinciliyində uğurla çıxış edərək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışlar.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları əsasında 9 ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
9 ay ərzində rayonun sakinləri ordu quruculuğu üçün 42,3 min manatdan çox və ya keçən ilin müvafiq döründəkindən 4,1 min manatdan çox (10,7%) maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da davam etdiriləcəkdir.
9 ay ərzində rayon ərazisində 246 cinayət qeyd edilmiş, onların 97,2 faizinin açılması təmin edilmişdir.  
9 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  14908  nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2043  nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 32 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 9490 nəfər sakinin iştirakı təmin edilmiş, 277 nəfərin müraciəti dinlənilmişdir.
Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaş müraciətlərinin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur. 
Məruzə ətrafında 43 saylı Yoı İstismar MMC-nin rəisi İlham Əzimov,  rayon Məşğulluq Mərkəzinin direktoru Bilman Şadlinski,  rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon Kommunal Müəssisələri kombinatının direktoru Natiq Qasımovçıxış etmişlər.
        Yığıncaqda müzakirə edilən rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.

Keçidlər