Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı günü Bərdədə təntənə ilə qeyd olundu.

07 noyabr 2017 | 16:00
Bərdədə Mərkəzi meydanda Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilmişdir.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
      Tədbirdə rayon İcra Hakimiyyəti başçısınıın müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağın 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə gətirilərək qəbul edilməsindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən əzəmətli bayrağının məhz Azərbaycanda ucaldılmasından, həm dövlət səviyyəsində, həm də hər bir azərbaycanlı ailəsində müstəqil Azərbaycan dövlətinin üçrəngli  bayrağının nə qədər əziz və müqəddəs tutulduğundan danışmışdır.
     Digər çıxış edənlər –Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi V.Nabatova, QMƏVŞA İctimai Birliyi Bərdə filialının sədri E.Hüseynova və başqaları Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad  olunmasını və  Azərbaycan Bayrağının  Qarabağda, Şuşada dalğalanmasını arzulamışlar.  

          Sonra Milli Bayraq gününə həsr edilmiş kitab, əl işləri və  rəsm sərgisinə baxış keçirilmişdir.
          Tədbir konsert proqramı ilə davam etmişdir. 
Keçidlər