Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsinə təntənə ilə yola salındılar
11 noyabr 2017 | 16:00
Noyabrın 10-da Bərdədə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə rayonun hüquq-mühafizə, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində rayonun 40 nəfər nümunəvi məktəblisinin Quba-Qusar-Xaçmaz istiqamətində yola salınması ilə bağlı təntənəli tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin müxtəlif bölgələrinin müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə növbəti səyahətlərinin başlandığını bildirmişdir. Qeyd etmişdir ki, dövlət başçısının tapşırığına əsasən təşkil olunan bu aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Natiq daha sonra tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş biliklər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə emiş və mənalı istirahət arzulamışdır.
Tədbirdə tur aksiyada iştirak edən məktəblilərdən Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdi Günay Xankişiyeva, şəhər 7 sayl tam orta məktəbin şagirdi Allahverdi Zeynallı, valideynlərdən Qızbəs Əliyeva, Aytəkin Bəylərova, ziyalılar adından respublikanın Əməkdar müəllimi Püstə Mehdiyeva, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışmış, gənclərə göstərilən diqqət və qayğıya, bu tur aksiyanın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Noyabrın 11-də tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın şimal bölgəsinə yola salınmışlar.