Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb

17 noyabr 2017 | 16:00
Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
   Nazir Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda  vətəndaşların müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, torpaq mübahisələrinin həllinə kömək göstərilməsi, pambıq əkini, ixtisasa uyğun işlə təminat və digər məsələlərlə bağlı müraciətlər ediblər.
   Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
   Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
   Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər