Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurbəyli kəndinə təbii qaz verilişinin açılışı

20 fevral 2013 | 16:00

19 fevral 2013-cü il tarixdə rayonun Uğurbəyli kəndinə təbii qaz verilişinin açılışı olmuşdur.
       12735 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 17 ədəd siyirtmə quraşdırılmış, hər bir  evə daxili qaz xətləri çəkilmiş, fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Kənddə 380 ailəyə təbii qaz verilmişdir. 
Tədbirdə 400 nəfər iştirak etmişdir.
          Tədbirdə kənd ağsaqqalı Yelmar Məmmədov, kənd sakinləri Sədaqət Rüstəmova və Vilayət Məhərrəmov, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
         Tədbirin sonunda Uğurbəyli kəndinə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəl alovlandırılmış, kənd sakinləri ilə söhbət edilmiş, kənd sakini Fikrət Həsənovun ailəsinə məxsus fərdi yaşayış evində təbii qaz yandırılmışdır.

Keçidlər