Respublika Baş prokuroru Zakir Qaralov Bərdədə vətəndaşları qəbul etmişdir
24 noyabr 2017 | 16:00
Noyabrın 24-də respublika Baş prokuroru cənab Zakir Qaralov Bərdə Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir və Yevlax şəhər, Bərdə, Agdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmiş və tədbir görülməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoymuşlar.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.