Bərdədə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirildi.
20 yanvar 2018 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icra edən Vahid Qarayev nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması ilə bağlı atdığı addımlardan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstəilən dövlət qayğısından danışmışdır. Natiq bu faciənin həm də xalqın şərəf tarixi olduğunu bildirmişdir.
Tədbirdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
Sonda Bərdə şəhər 8 saylı tam orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr edilmiş kompozisiya göstərmişlər.
Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca isə avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.