1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir.
02 mart 2013 | 16:00
1 mart 2013-cü il tarixdə “Qəhrəmanlar” parkında 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən tövsiyyə olunan “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının hazırlanması” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon Fövqəladə Hallar Komissiyasının sədri Vahid Qarayev, Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Akif Orucov iştirak etmişlər. Tədbirdə iştirak edən sakinlər Mülki müdafiə vasitə və avadanlıqları, onlardan istifadə qaydaları ilə tanış olmuşlar.