Bərdə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir
25 fevral 2018 | 16:00

Yarmarkada ərzaq məhsulları, gündəlik tələbat malları satışa çıxarılmışdır. Burada satılan məhsulların keyfiyyəti yüksək olmaqla qiymətləri bazar və digər ticarət şəbəkələrindəki qiymətlərdən 30-35 faiz ucuz olmuşdur. Yarmarkada bazarlıq edənlər məmnunluq və razılıqlarını bildirmişlər.
Ərzaq məhsullarının satış yarmarkasının hər həftənin şənbə və bazar günlərində təşkil olunması nəzərdə tutulmuşdur.