Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar tədbir.
26 fevral 2012-ci il tarixdə rayonda Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları tədbirdən əvvəl Rəsm Qalereyasında “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olmuş, Xocalı faciəsi ilə bağlı video-çarxı izləmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açmış, Xocalı faciəsi ilə əlaqədar məruzə etmişdir.
Hazırda Bərdə rayonunda 150 Xocalı ailəsində birləşmiş 762 nəfər məcburi köçkün yaşayır.
Tədbirdə Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün Məmləkət Ramazanova, Xocalı şəhərindən məcburi köçkün - şəhid ailəsi Zümrüd Hüseynova, Bərdə şəhər texniki fənnlər təmayüllü məktəb liseyin 11-ci sinif şagirdi Nüranə Qasımova çıxış etmiş, Xocal rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım təqdim edilmişdir.
Tədbir iştirakçıları Xocalı faciəsi ilə əlaqədar Bərdə şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya tamaşa etmişlər.