Şriftin ölçüsü :

Saytın rəngi :

17aprel 2018-cı il tarixdə Bərdə rayonunun 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

18 aprel 2018 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
2018-ci ilin birinci rübü rayonumuz üçün də uğurlu olmuş, rayonumuzun tarixində əlamətdar hadisələr baş vermişdir.
Bildiyiniz kimi aprel ayının 25-də Azərbaycan Resoublikasının möhtərəm Prezidenti rayonumuza səfər etmiş, “Bərdə” türbəsinin bərpadan və Torpaqqala tarixi abidəsinin təmirdən, 17 kəndi birləşdirən 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulmadan sonra açılışında iştirak etmiş, respublikamızda ilk pambıq əkinində iştirak etmiş, əmək adamları ilə görüşmüş, həmin günü rayonda qalmış, mart ayının 26-da “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ni keçrmiş, pambıqçılığın inkişafı ilə əlaqədar tapşırıqlarını vermişdir.
Cənab Prezident rayona səfərdən dərhal sonra Muğanlı-Körpüsındıran kəndlərarası yolun tikintisi üçün 7 milyon manat, Bərdə şəhərinin adablaşdırılması, küçələrin tikilməsi üçün isə 3 milyon manat vəsait ayrılması barədə Sərəncamlar imzalamışdır.
Cənab Prezidenti İlham Əliyev hər dəfə rayona səfər edərkən rayona ruzi-bərəkət gətirir, rayonun problemlərinin həlli üçün qərarlar qəbul edir.
Cənab Prezidentin bu dəfəki səfəri biz bərdəlilərin üzərində çox böyük məsuliyyətdir. Respublikada pambıq əkinlərinə ölkə başçısının iştirakı ilə Bərdədən başlanması sakinlərimizin ruh yüksəkliyinə səbəb olmuş, pambıqçılarımız  hər hektardan 30 sentner məhsul götürmək əzmində olduqlarını bildirirlər.
“Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”nin rayonumuzda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında rayon Mədəniyyət mərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri  ilə əlaqədar sakinlərimiz tarixə düşəcək günlər yaşadılar və bu gündə bu görüşün təsiri altında yaşayıb yaradırlar.


Makroiqtisadi göstəricilər

2018-ci ilin birinci rübü rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir. 
Birinci rüb ərzində 83,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 4,1 milyon manatlıq sənaye, 29,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 10,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 1,7 milyon manatlıq nəqliyyat xidməti, 0,3 milyon manatlıq informasiya və rabitə, 37,0 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2017-ci ilin birinci rübünə   nisbətən  ümumi məhsul istehsalı 16,5 faiz, kənd təsərrüfatı məhsulu üzrə 18,2 faiz, nəqliyyat xidməti 3,2 faiz, informasiya xidməti 16,0 faiz, ticarət xidmətləri 30,6 faiz artmışdır.

Büdcənin icrası

Rüb ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 118,3 faiz, xərcləri proqnozuna 95,2 faiz əməl edilmişdir. Hüquqi şəxslərdə gəlir (22,8 %) və əmlak (37,5%)  vergisi, əlavə dəyər vergisi (72,1%), sair daxilolmalar (39,8%) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri icra edilmişdir.
2018-ci ilin birinci rübündə rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 16,6 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rüb ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,1 faiz artmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2018-ci ilin birinci rübündə 5 sahibkara 32 min manat güzəştli kredit verilərək 5 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 3022 sahibkara 74,532 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5428 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 1267 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 386-sı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 46-sı yeni yardılmış müəssisələrdə, 6-sı mövcud müəssisə və təşkilatlarda, 334-ü fiziki şəxslərdə, 881-i digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 55956 yeni iş yerləri açılmışdır ki, bunun da 21901-i daimi iş yerləridir. 
Rayonda aparılan abadlıq işləri

- Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tippli məktəb tikilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmiri,  Güloğlular kənd tam orta məktəbinin tikintisi davam etdirilmiş, 1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbin tikintisi artıq 2018-ci ilin investisiya proqramına daxil edilmiş və yaxın vaxtlarda tikitiyə başlanacaqdır;
-Rayon Mədəniyyət Nərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmişdir.
-“Bərdə” türbəsi və Torpaqqala tarixi abidəsi bərpa edilmişdir;
-Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmişdir, ərazidə 300 p/metr bardyor düzülmüş, 2900 kv. metr sahə asfalt-betonla tikilmiş, santexniki işlər aparılmış, ağac və güllər əkilmişdir;
13 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 17,5 km uzunluqda Muğanlı_körpüsındıran kəndlərarası yolun yenidən qurulmasına başlanmış, indiyədək yolun yarısından çoxu tikilmişdir;  
- Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilmiş, yolun kənarları abadlaşdırılmış, ərazidə ağac və güllər əkilmişdir;
- respublika əhəmiyyətli avtomobil yollarının 4322 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 180 ədəd siqnal dirəyi, 11159 kv. metr təhlükəsizlik xətləri çəkilmiş, bardyor və keçidlər rənglənmiş, qış dövründə avtoqəzaların qarşısının alınması üçün yollara qum səpilmiş, xidmət işləri aparılmışdır;
-yerli əhəmiyyətli avtomobil yollarının 6701 kv. dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, 3758 kv.metr təhlükəsizlik xətləri çəkilmiş, yollarda 100 ədəd siqnal dirəyi quraşdırılmış,  bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;
- rayon mərkəzində 2 ədəd işıqfor quraşdırılmışdır;
- rayon mərkəzində Heydər Əliyev prospektində, 20 küçədə, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, 1 prospekt 7 küçədə, Bərdə-Tərtər və Bərdə-Yevlax yolları istiqamətində 36 km bardyorlar yağlı böya ilə rənglənmiş, ümumi uzunluğu 13,3 km olan 11 küçə qum-çınqılla təmir edilmiş, H.Əliyev prospektində 10 min kv. metr sahə asfalt-betonla tikilmiş, küçə və meydanlarda divarlar pardaqlanmış, 3 küçədə 2000 kv. metr divarlar aqlay və təbii qaya daşı ilə üzlənmiş, 3500 kv. metr yaşıllıq zolaqları salınmışdır.       
- rayonun 6 kəndində 18,2 km daxili yollar qum-çınqılla cari təmir edilmiş,
- Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə sutəmizləyici qurğular quraşdırılmışdır;
- 35/10 kv-luq yarımstansiyasında 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 25 ədəd 10 kv-luq və 45 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 200 ədəd 10 kv-luq zədəli izalyator və 1719 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  168 ədəd yeni sayğac quraşdırılmış, 30,8 km SİP kabel çəkilmişdir;
- 71,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran kəndində  929 ailəyə təbii qaz verilmiş, Hacıbəyli və Kafarlı kəndlərinin qazlaşdırılmasına başlanmışdır;
-    rayonun Yeni Daşkənd kəndiin 2 km optik brləşdirici kabeli çəkilmiş, şəhər və kəndlərdə 190 abunəçinin xətt təsərrüfatı tikilmiş, Mehdixanlı, Umudalılar, Seidyusufli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, 100 ədəd yeni dirək basdırılmış, 1 km TPP marlkalı kabel dəyişdirilmiş, Şirvanlı, Nusrafafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, istifadəyə yararsız 101 ədəd dirək və 15 km naqil yenisi ilə əvəz edilmişdir;   
- bir ədəd 5 mərtəbəli və bir ədəd 2 mərtəbəli binaların 1794 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 8600 kv. metr fasad və giriş hissələri emusiya ilə rənglənmiş, 1301 kv. metr qapı və pəncərələr, 390 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 130 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 2 ədəd 5 mərtəbəli və 1 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 3 ədəd 5 mərtəbəli binaların 1760 kv. metr sirzəmiləri tullantılardan təmizlənmiş, ərazidən 3460 kub metr məişət tullantıları, 233330 kub metr çirkab suları daşınmış, 47,6 kv. metr sahə süpürülmüşdür. 
- küçə və meydasnlarda  5,0 min ədəd ağac, 12 min gül kolları, 35 min qızıl gül tingi əkilmişdir;
- Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulur, çoxmərtəbəli yaşayış evlərinin əsaslı təmiri davam etdirilir.
-Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında rayonun Böyük Qacar kəndində 96 və Təhlə kəndində 80 şagird yerli modul tipli ümumi, Nəcəfqulubəyli kəndində 56, İmamqulubəyli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılacaqdır;     
Hesabat dövründə Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işlərinin aparılması, Yeni Daşkənd kənd tam orta məktəbinin 1 korpusunun və şəhər 3 saylı tam orta məktəbin tikintisi, qazlaşmamış 2 kəndin qazlaşdırılması, Lənbəran kəndinin baş yolunun asfaltlaşdırılması üçün tədbirlər görülmüşdür..  
2018-ci ilin  1 aprel vəziyyətinə 3502 hektar sahədə yazlıq bitkilər, o cümlədən 20 hektar sahədə pambıq, 360 hektar sahədə şəkər çuğunduru, 91 hektar sahədə kartof, 1328 hektar sahədə tərəvəz, 1763 hektar sahədə çoxillik otlar (təzə yonca) əkilmişdir.  Yazlıq əkinlərə aqrotexniki qaydalar əsasında qulluq edilir.
Bu gün qarşıda duran əsas vəzifə yazlıq əkinlərin əkinlərinin optimal müddətdə başa çatdırılmasıdır. 
İndiyədək 1835 hektar pambıq, 363 hektar sahədə şəkər çuğunduru, 264 hektar sahədə pamedor və xiyar, 91 hektar sahədə kartof, 771 hektar sahədə soğan, 63 hektar sahədə kələm, 45 hektar sahədə badımcan, 94 hektar sahədə bibər, 42 sahədə yerkökü, 86 hektar sahədə sarımsaq, 1763 hektarda təzə yonca, 3 hektar sahədə mətbəxt çuğunduru əkilmiş, yazlıq əkinlər sürətlə aparılır.
Rüb ərzində iribuynuzlu mal-qaranın sayı 0,5 faiz, o cümlədən inək və camışların sayı 0,2 faiz, qoyun və keçilərin sayı 0,4 faiz artmışdır.
Rüb ərzində diri çəkidə 4,1 min ton ət, 18,8 min ton süd, 5,2 milyon ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilin birinci rübünə nisbətən  ət istehsalı 8,5 faiz, süd istehsalı 10,1 faiz, yumurta istehsalı 10,6 faiz artmışdır. 
Cari ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmiş, təsərrüfatlarda mövcud və yeni əkilmiş tut tingələrinə aqrotexniki qaydada qulluq olunmuşdur. Baramaçılığın inkişafı üçün rayonda möhkəm yem bazası yaradılmışdır. Cari ildə 500 qutu barama saxlanılması nəzərdə tutulmuş və artıq baramanın götürülməsi üçün hazırlıq işlərinə başlanmışdır. Əminəm ki, cari ildə rayonda 30 ton barama istehsal ediləcəkdir. 
2018-ci ilin birinci rübündə məcburi dövlət sosial sığorta haqları üzrə 1515,6 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 1081,6 min manat, qeyri-büdcə təşkilatları üzrə 434,0 min manat vəsait toplanaraq proqnoza ümumilikdə 105,7 faiz əməl edilmışdır.
Rüb ərzində keçən ilin müvafiq dövrünə nisbətən qeyri büdcə təşkilatları üzrə 70,8 min manat, fiziki şəxslər üzrə 14,5 min manat çox vəsait toplanmışdır. 
Hesabat dövründə bir pəncərə prinsipi ilə 324 fiziki və 32 hüquqi şəxs qeydiyyatdan keçmiş, pay torpağı olan 141 nəfər qeydiyyata götürülmüşdür.
Rüb ərzində 1505 min manat vəsait icbari sığorta proqramı vasitəsilə sığortaolunanlar üzrə bölüşdürülmüşdür.
Əhalinin məşğulluğunun təmini üçün işlər davam etdirilmişdir. Rüb ərzində 1253 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 484 nəfər işaxtaran münasib işlə təmin (80 nəfər qadın, 236 nəfər gənc, 54 nəfər məcburi köçkün) edilmişdir.  Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 1 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
Novruz bayramı ərafəsində rayonda təşkil edilən yarmarkalarda 28 min tondan çox ərzaq məhsulları bazar qiymətindən 25-30 faiz ucuz qiymətə əhaliyə satılması təşkil edilmişdir.
Rüb ərzində 35/10 kv-luq yarımstansiyasında 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 25 ədəd 10 kv-luq və 45 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 200 ədəd 10 kv-luq zədəli izalyator və 1719 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  168 ədəd yeni sayğac quraşdırılmış, 30,8 km SİP kabel çəkilmişdir.  38 ədəd 10/04 kv-luq transformator əsaslı və cari təmir edilmiş, 2 km qüsurlu naqillər yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq yarımstansiyalarda 15 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir olunmuşdur.
Bunlarla yanaşı 110/35/10 kv-luq Bəcirəvan yarımstansiyasının yenidən qurulması üçün tədbirlər görülmüşdür.
Rüb ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 89,7 faiz ödənilmişdir
Rüb ərzində podaratçı təşkilatlar tərəfindən 71,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran kəndində  929 ailəyə təbii qaz verilmiş, Lənbəran kəndinin qazlaşdırılması başa çatdırılmış, Hacıbəyli və Kafarlı kəndlərinin qazlaşdırılmasına başlanmışdır;.
Hazırda rayonun 110 yaşayış məntəqəsindən 106-sı və ya 96,4 faizi, abonentlərin 99 faizindən çoxu təbii qazlaq təmin edilmişdir.
Görülmüş tədbirlərin nəticəsidir ki, İstehlak edilmiş qazın dəyərinin 82,2 faizi, o cümlədən əhali qrupu üzrə 91,6 faizi, qeyri əhali qrupu üzrə 48,9 faizi ödənilmişdir.
İl ərzində işlək vəziyyətdə olan istilik-qazanxana sistemlərindən istifadə olunması davam etdirilmiş, 1903 qeka-kalori istilik istehsal edilərək abonentlərə satılmışdır.
İstehlak edilmiş istilik enerjisinin dəyəri tam ödənilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncamı əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğuların quraşdırılması layihəsi üzrə işlər davam etdirilmiş, iş başa çatmaq ərafəsindədir. 
Rüb ərzində istehlak edilmiş suyun dəyəri 99,3 faiz, o cümlədən əhali qrupu üzrə 99 faiz, qeyri əhali qrupu üzrə 100 faiz ödənilmişdir.
Rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.
Rüb ərzində rayonun Yeni Daşkənd kəndiin 2 km optik brləşdirici kabeli çəkilmiş, şəhər və kəndlərdə 190 abunəçinin xətt təsərrüfatı tikilmiş, Mehdixanlı, Umudalılar, Seidyusufli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, 100 ədəd yeni dirək basdırılmış, 1 km TPP marlkalı kabel dəyişdirilmiş, Şirvanlı, Musrafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, istifadəyə yararsız 101 ədəd dirək və 15 km naqil yenisi ilə əvəz edilmişdir;      
Rüb ərzində telefon abonentlərinin sayı 126 ədəd, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 373 nəfər artmışdır. 
2018-ci ilin birinci rübündə qovşaqda gəlir proqnozuna 116 faiz əməl edilmişdir.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, rüb ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 101,6 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəblərin əsaslı təmiri üçün ilər davam etdirilmiş, Qaratəpə kəndində 80 və Hacılı kəndində 80 şagird yelik modul tipli məktəb tikilmiş, Güloğlular kəndində 220 şagird yerlik tikilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 10 fevral 2018-ci il tarixdən 1 may 2018-ci il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar indiyədək 136 müəssisə və təşkilatların işçiləri və 59 kəndin sakinləri daxil olmaqla  96437 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 313 nəfər amblator, 275 nəfər stosionar müalicəyə cəlb edilmiş, 156 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir.
Rüb ərzində səhiyyə müəssisələri tərəfindən 108 nəfər diabetli, 20 nəfər yeni törəməli, 5 nəfər böyrək çatışmazlığı, 29 nəfər vərəmli xəstə, 20 nəfər hemofiyalı, 39 nəfər talassemiya daşıyıcısı aşkar olunmuşdur.
Rüb ərzində imtiyazlı şəxslərin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, şəkərli diabet xəstələri qlükometr aparatı, şəkərsalıcı dərmanlarla təmin edilməsi davam etdirilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında rüb ərzində nigaha daxil olmaq istəyən 160 nəfər cütlük tibbi müayinədən keçirilmişdir.
Xəstələrin ərzaq məhsulları təmini üçün tədbirlər görülmüş, rüb ərzində 79,0 min manatlıq ərzaq məhsulları alınmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində hesabat dövründə rayonda ciddi yoluxucu xəstəliklərin yayılmasına yol verilməmişdir.
Rayonun Mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirlməsi üçün tədbirlər davam etdirilmiş, “Bərdə” türbəsinin və Torpaqqala tarixi abidsiinin bərpası  və əsaslı təmiri, rayon Mədəniyyət mərkəzinin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş., mərkəzi 10 min nəfərdən çox insan ziyarət etmişdir.
Hesabat dövründə gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 25, idmanla bağlı 7 tədbir keçirilmişdir. Bu tədbirlərdə 3,4 min nəfər iştirak etmişdir.
Rüb ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında 6 qızıl, 10 gümüş və 3 bürünc olmaqla 19 medal qazanmışlar.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu rüb ərzində sakinlərlə 78 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 15166 nəfər iştirak etmişdir.
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri bir daha göstərdi ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur. Hazırda  rayonda Yeni Azərbaycan Partiyasının 11 min nəfərdən çox üzvü vardır.
Rayonumuzda Prezident seçkiləri Seçki Məcəlləsinə uyğun demokratik və aşkarlıq şəraitində keçirilmiş, 16 seçici məntəqəsində seçkilərin gedişi ictimayət tərəfindən izlənmiş, 50-yə yaxın məntəqədə beynalxalq və yerli müşahidəçi oımuş, 8 seçki məntəqəsində exit-poll aparımış və heç bir noqsan, pozuntu aşakar edilməmiş,  exis-pollun nəticələri ilə seçkilərin nəticəsi eyni olmuşdur.
Rayonda ictimai-siyasi durum sabitdir, sakinlərimiz ümummilli lider Heydər Əliyev ideyalarına sadiqdirlər və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.

Rüb ərzində rayonun sakinləri ordu quruculuğu üçün 18,3 min manatdan çox və ya keçən ilin müvafiq dövründəkindən 7 min manatdan çox (62,6%) maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da davam etdiriləcəkdir.

Rüb ərzində RİHB aparatına 478 ədəd vətəndaş müraciətləri daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir.
Məruzə ətrafında Bərdə rayon Elektrik şəbəkəsinin rəisi Ziya Quliyev, rayon Su-kanal idarəsinin rəisi Şəmil Ziyadov, RİHB-nin Nazırlı kənd İƏD üzrə nümayəndəsi Pərviz Əlizadə, rayon Məşğulluq Mərkəzinin direktoru Bilman Şadlinski çıxış etmişlər.
Yığıncaq müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul etmişdir.

Keçidlər