Nazırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.
03 may 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bu ilin martın 25-26-sında ölkə Prezidenti cənab İlham Əliyevin Bərdə rayonuna tarixi səfəri zamanı burada görülən işlərdən razı qalmasının bütün bərdəlilərdə çox böyük ruh yüksəkliyi yaratmasından, rayonun sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, saklinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Nazırlı kəndinin yolu abaddır, kənd tamamilə qazlaşdırılıb, kənd məktəbi yeni tikilib istifadəyə verilmişdir. Bu kənd ən gözəl, ən abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Nazırlı kənd ağsaqqalı Bayramov Bilal bu qəbul - görüşə görə, kənddə aparılan abadlıq işlərinə, yolun yenidən qurulmasına, məktəbin tikilməsinə, kəndin qazlaşdırılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından dərin minnətdarlığını bildirdi. Kənd sakinləri Göyüşov Ağası kəndin ərazisindən keçən açıq dren-kanalın lildən təmizlənməsi, Hüseynov Hidayət içməli su üçün bir ədəd artezian quyusunun qazılması, Qasımova Xatirə kənd həkim ambulatoriyası üçün bina tikilməsi, Mehdiyev Qaçay kəndin elektrik şəbəkəsinin yenidən qurulması və elektrik xətlərinin kabelləşdirilməsi, Səfərov Azay pay torpağında qrunt sularının səviyyəsinin aşağı salınması, Qarayev Ruhi kəndin Kür çayının sag sahilində torpaqların suvarılması üçün tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.