Şriftin ölçüsü :

Saytın rəngi :

Türkmən kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

27 aprel 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək   martın 25-26-sında ölkə Prezidenti cənab İlham Əliyevin  Bərdə rayonuna tarixi səfəri zamanı burada görülən işlərdən razı qalması bütün bərdəlilərdə çox böyük ruh yüksəkliyi yaratmasından, rayonun sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını biıdirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.Türkmən kəndinin yolu abaddır, kənd tamamilə qazlaşdırılıb, kənddə tam orta məktəbin yeni binası tikilmişdir, bu kənd ən gözəl, ən abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilib. 
Kənd sakinləri adından Əliyev Teyyub  bu  görüşə görə ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından dərin minnətdarlığını bildirdi.  Türkmən  kənd ağsaqqalı Məmmədov Əli 500m yolun asfaltlanması, kənd sakinləri Orucov Məhəmməd kəndə marşrut ayrılması, Həsənov İsgəndər qonşusunun onun yolunun kəsməsinin qarşısının alınması, Məmişov Bəhruz yol üçün dayanacaq qoyulması,  Alışov Zahir suvarma üçün artezian vurulması, Cəfərov Rəşad işlə təmin olunması, onun evinə internet çəkilməsi,  Mustafayev Rizvan su keçidinin yenidən qurulması və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər