Şriftin ölçüsü :

Saytın rəngi :

Şorəlli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

24 may 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Şorəlli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.  Şorəlli kəndinin yolu abadlaşdırılmışdır, kənd tamamilə qazlaşdırılmışdır.  Bu kənd  abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
          Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
Şorəlli kənd  məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün Əliyev Oruc Miri oğlu Kənddə müvəqqəti məskunlaşmış 45 ailənin mavi yanacaq və içməli su ilə təmin olunması, Behbudov Maqsud Dilən oğlu Güloğlular kəndinin yaxınlığında yerləşən Bayraq meydanının arxasındakı küçənin nəqliyyat vasitələrinin hərəkəti üçün açılması və yola işıqfor quraşdırılması, Aslanov İlqar İsa oğlu Kənddə məskunlaşmış məcburi köçkünlərin kənd məktəbinin stadionundan istifadəsinə icazə verilməməsi, Qasımova Sürayə Ələsgər qızı Kəndin baş yolun kəndin mərkəzinədək asfaltlaşdırılması, məişət tullantılarının toplanması üçün zibil qutularının qoyulması, Mehdiyev Əkrəm Mehdi oğlu
Güloğlular kəndinə təbii qaz verilişində fasilələr barədə, İsgəndərov Möhübbət Binnət oğlu “Qoşa Çinar” adlanan yerdə 40 ha torpaq sahəsinin suvarılması üçün bir ədəd subartezian quyusunun vurulması, Zülfüqarov Əli Calal oğlu Kənddə qazın təzyiqinin aşağı olması və kənddə məişət tullantıları üçün  2 ədəd  zibil qutusu qoyulması, Güloğlular bağçasının müdiri Hüseynova Mütayə Oruc qızı Güloğlular kənd körpələr evi-uşaq bağçasının su sızmasından qorunması üçün tədbir görülməsi və təmir edilməsi, Əliyeva Gülnarə Qanboy qızı məktəbdə internetin zəif olması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər