Bərdədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
25 may 2018 | 16:00
Bərdədə rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhiriyyətinin xalqımızın tarixində önəmli yer tutmasından, Cumhuriyyətin 100 illiyinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən respublikamızın hər yerində təntənəli qeyd edilməsindən, 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsindən,həmçinin, müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın müstəqilliyinin əbədilinin təmin olunmasından danışmışdır.
Konfransda digər çıxış edənlər tarix müəllimi, Gülgəzli kən tam orta məktəbin direktoru Qurban Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Qarabağ Qarnizonunun hərbi Prokuroru Fərid Şükürov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerindən, o dövrdə ziyalı təbəqəsinin yetişdirilməsi üçün atılan addımlardan, Milli Ordu quruculuğu prosesindən və xarici siyasətdə əldə edilən uğurlardan danışmışlar.
Konfrans yüksək bayram əhval-ruhiyyəsi ilə keçmişdir.