Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.
13 iyun 2018 | 16:00
YAP Bərdə rayon təşkilatının akt zalında 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Konfrans başlamamışdan öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad eilmişdir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransı rayon İcra Hakimiyyətinin başçısının müavini, Yap Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmış, o zaman ölkədə baş verən hadisələri bir daha xatırlatmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Konfransda rayon Prokuroru Fəxrəddin Məmmədov, hərbi korpus komandirinin hüquq məsələləri üzrə köməkçisi Rahib Məmmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi Şəbnəm Hüseynova, Bərdə Regional “ASAN Xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov və başqaları çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışmışlar.
Konfrans bayram əhval-ruhiyyəsi ilə yekunlaşmışdır.