Bərdə rayonunda baramaçılıq və pambıqçılıqla bağlı kənd təsərrüfatı müşavirəsi keçirildi
19 iyun 2018 | 16:00

Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq rayon ərazisində barama və pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların, dərman preparatlarının, peptisidlərin və gübrələrin tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən zəruri dəstək barədə danışmış, dövlət səviyyəsində yaradılan bu şəraitin baramaçılığın və pambıqçılığın geniş inkişafına güclü təkan olduğunu xüsusi vurğulamış, barama istehsalı üzrə məhsuldarlığın yüksək olduğunu, proqnoza indiyədək 115 faiz əməl edildiyini, məhsul istehsalının davam etdiyini bildirmişdir. Cari ildə əkilmiş 9630 hektar sahədə yüksək pambıq becərildiyini, aqrotexniki qaydalara tam əməl olunduğunu, yüksək pambıq məhsulu istehsalının gözlənildiyini qeyd etmiş, əsas diqqətin ziyanvericilərə qarşı mübarizəyə, pambığın veğetasiya dövründə suvarma suyu ilə təminatına yönəldilməli oduğunu bildirmişdir.
Müşavirədə “MKT İK” ASC-nin rayon filialının direktoru Mehman Abdullayev, “Azərpambıq” ASC-nin rayon filialının direktoru Azər Vəliyev, Soğanverdilər kəndindən kəndli- fermer təsərrüfatının rəhbəri Sahib Abdullayev, Mustafağalı kəndindən kəndli fermer təsərrüfatının rəhbəri Hikmət Vəliyev, Azərpambıq” ASC-nin ərazi nümayəndəsi Ərəstun Cavadov, “MKT İK” ASC-nin ərazi nümayəndəsi Rasim Həmidov, Əlyanlı kəndindən kəndli-fermer təsərrüfatının rəhbərli Telman İbişov, rayon icra hakimiyyəti başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəsi Vazik Nuriyev, Kətəlparaq bələdiyyəsinin sədri Ədalət Allahyarov, rayon İcra Hakimiyyəti başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif İsmayılov, Birinci Qaradəmirçi kəndindən kəndli fermer təsərrüfatının rəhbəri Kamal İsayev çıxış edərək pambığın becərilməsinin aqrotexniki tələblər səviyyəsində aparılması üçün görülən işlərdən danışmış, müəyyən çətinliklərin aradan qaldırılması üçün həlli vacib məsələləri önə çəkmiş, istehsalçılar üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini bildirmişlər.