Şriftin ölçüsü :

Saytın rəngi :

Alpoud kəndində rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

28 iyun 2018 | 16:00
          Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Alpoud kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Alpout kəndində 2011-ci ildə kəndin giriş qapısı tikilib, 2012-ci ildə 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu tikilib, 2012-ci ildə kəndin küçələrinə 2,0 km içməli su xətti çəkilmiş, 8 bulaq tikilmişdir (“Aran” QHT), 2013-cü ildə kənddaxili 6,5 km yol qum-çınqılla əsaslı təmir edilib (AzKİL), 2013-cü ildə Alpout kənd mədəniyyət evinə inventar və avadanlıq verilmişdir, 2014-cü ildə avtonom fəaliyyət göstərməyə qabil yem istehsalı sexi tikilib (AzKİL), 2015-ci ildə kənd qazlaşdırılıb, təsərrüfatlararası 10,5 km su arxları lildən təmizlənib, yol kənarlarında, küçə və meydanlarda 1800 ədəd ağac əkilib, ərazidə xaricdən gətirilmiş 1000 ədəd tut tingi əkilib, Qarayusifli kəndində 2013-cü ildə kənddaxili 6,5 km yol qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), 2013-cü ildə optik xətt çəkilərək dairənin əhatə etdiyi hər 3 kəndə sürətli internet verilmişdir, 2014-cü ildə Qarayusifli kənd əsas məktəbi cari təmir edilib, 2014-cü ildə kənddə su qülləsi quraşdırılb, küçələrə 4.2 km su xətləri çəkilib, 8 bulaq tikilib (Az.KİL), 2015-ci ildə Qarayusifli kəndi qazlaşdırılıb,  2016-cı ildə suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb (“Püştə dibi” adlanan yerdə -ərazidə 12 ha pambıq və digər bitkilər əkilib – 40 ha sahəyə xidmət edir),  təsərrüfatlararası 13,3 km su arxları lildən təmizlənib, yol kənarlarında, küçə və meydanlarda 1750 ədəd ağac əkilib, Tumaslı kəndində 2013-cü ildə kənddaxili 6,3 km yol qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), 2013-cü ildə kəndlərin küçələrinə 2,9 km su xətti çəklib (Az.KİL),  2016-cı ildə qazlaşdırılıb, 2017-ci ildə kəndin ərazisində 6 km açıq dren-kanal lildən təmizlənib, təsərrüfatlararası 2.5 km su arxları lildən təmizləni, yol kənarlarında, küçə və meydanlarda 1670 ədəd ağac əkilib, kəndlər tamamilə qazlaşdırılmışdır,  görülən işlər bundan sonra da davam etdiriləcək.
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
Tumaslı kəndindən Hüseynov Şükür Tumaslı məktəbinin tikilməsi, kəndin baş yolunun asfaltlaşdırılması, taxılbiçən kombayn verilməsi, Behbudova Tamara taxılbiçən kombayn verilməsi, Əliyev Knyaz kabelləşdirilməsinin başa çatdırılması, Alpout kəndindən Əkbərov Şükür xəstəxana üçün bina tikilməsi, içməli su şəbəkələrinin təmir edilməsi, Hüseynova Təranə Alpot məktəbinin tikilməsi və məktəbin  bütün otaqlarının  işıq xətləri ilə təmin edilməsi,  Əliyeva Südabə Bərdədə Universitet açılması, məktəb tikilməsi, məktəbin həyətindəki qəzalı binanın sökülməsi,  Quliyeva Maisə məktəbə su çəkilməsi, Tağıyeva Sahibə 20 evin  üstündən keçən xəttin yerinin dəyişdirlməsi, Qarayusifli kəndindən bir ədəd subartezian quyusunun vurulması, Vəliyeva Mətanət təzə məhləyə yol çəkilməsi, Xurşudov Mehdi sahəsinə yol verilməsi. su çəkilsəsi, Əzizova Elmira həyətindəki işıq dirəyinin dəyişdirilməsi, Ağdam rayonundan məcburi köçkün Həsənova Gülbəniz birdəfəlik maddi yardım göstərilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər