Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyun 2018-cı il tarixdə Bərdə rayonunun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

13 iyul 2018 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
2018-ci ilin birinci yarısı rayonumuz üçün də uğurlu olmuş, rayonumuzun tarixində əlamətdar hadisələr baş vermişdir.
Bildiyiniz kimi aprel ayının 25-də Azərbaycan Resoublikasının möhtərəm Prezidenti rayonumuza səfər etmiş, “Bərdə” türbəsinin bərpadan və Torpaqqala tarixi abidəsinin təmirdən, 17 kəndi birləşdirən 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulmadan sonra açılışında iştirak etmiş, respublikamızda ilk pambıq əkinində iştirak etmiş, əmək adamları ilə görüşmüş, həmin günü rayonda qalmış, mart ayının 26-da “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ni keçrmiş, pambıqçılığın inkişafı ilə əlaqədar tapşırıqlarını vermişdir.
Cənab Prezident rayona səfərdən dərhal sonra Muğanlı-Körpüsındıran kəndlərarası yolun tikintisi üçün 7 milyon manat, Bərdə şəhərinin adablaşdırılması, küçələrin tikilməsi üçün isə 3 milyon manat vəsait ayrılması barədə Sərəncamlar imzalamışdır.
Cənab Prezidenti İlham Əliyev hər dəfə rayona səfər edərkən rayona ruzi-bərəkət gətirir, rayonun problemlərinin həlli üçün qərarlar qəbul edir.
Cənab Prezidentin bu dəfəki səfəri biz bərdəlilərin üzərində çox böyük məsuliyyətdir. Respublikada pambıq əkinlərinə ölkə başçısının iştirakı ilə Bərdədən başlanması sakinlərimizin ruh yüksəkliyinə səbəb olmuş, pambıqçılarımız  hər hektardan 30 sentner məhsul götürmək əzmində olduqlarını bildirirlər.
“Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”nin rayonumuzda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında rayon Mədəniyyət mərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri  ilə əlaqədar sakinlərimiz tarixə düşəcək günlər yaşadılar və bu gündə bu görüşün təsiri altında yaşayıb yaradırlar.
Makroiqtisadi göstəricilər
             2018-ci ilin birinci yarısı rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir.
Birinci 6 ay ərzində 207,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 32,6 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 3,2 milyon manatlıq nəqliyyat xidməti, 0,7 milyon manatlıq informasiya və rabitə, 70,7 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2017-ci ilin birinci yarısına nisbətən  ümumi məhsul istehsalı 7,0 faiz, kənd təsərrüfatı məhsulu üzrə 6,0 faiz, tikinti-quraşdırma işləri 10,7 faiz, nəqliyyat xidməti 4,7 faiz, informasiya xidməti 13,7 faiz, ticarət xidmətləri 7,7 faiz artmışdır.
Büdcənin icrası
İlin birinci yarısında rayon büdcəsinin yerli gəlirləri proqnozuna 108,2 faiz, xərcləri proqnozuna 84,8 faiz əməl edilmişdir. Əlavə dəyər vergisi (75,4%), sair daxilolmalar (49,0%) və torpağın icarəyə verilməsi (73,8%) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri icra edilmişdir.
2018-ci ilin birinci yarısında rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 16,8 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yarım il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,1 faiz artmışdır.
Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun təmin edilməsi üçün tədbirlər görülməsi, iri fermer təsərrüfatlarının dəstəklənməsi davam etdirilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2018-ci ilin birinci yarısında 54 sahibkara 615,3 min manat güzəştli kredit verilərək 218 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 3071 sahibkara 75,115 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5641 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində yarım il ərzində 9056 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 624-ü daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 67-si yeni yardılmış müəssisələrdə, 1-i mövcud müəssisə və təşkilatlarda, 556-sı fiziki şəxslərdə, 8432-si digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır.
Dövlət Proqramları qəbul olunandan indiyədək 64745 yeni iş yerləri açılmışdır ki, bunun da 20726-sı daimi iş yerləridir.
Rayonda aparılan abadlıq işləri
- Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tippli məktəb tikilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, məktəbə təbii qaz verilmiş,  220 şafird yerlik Güloğlular kənd tam orta məktəbinin və 100 yerlik körpələr evi-uşaq bağçasının, “Azərxqalça” ASC-nin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi davam etdirilmiş, 1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbin tikintisi üçün təşkilati işlər aparılmış və yaxın vaxtlarda tikitiyə başlanacaqdır;
-Rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır;
-“Bərdə” türbəsi və Torpaqqala tarixi abidələri bərpa edilmişdir;
-Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmişdir, ərazidə 300 p/metr bardyor düzülmüş, 2900 kv. metr sahə asfalt-betonla tikilmiş, santexniki işlər aparılmış, ərazidə ağac və güllər əkilmişdir;
- Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilmiş, yolun kənarları abadlaşdırılmış, ərazidə ağac və güllər əkilmişdir;
-13 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 17,5 km uzunluqda Muğanlı-Körpüsındıran kəndlərarası yolun yenidən qurulmasına başlanmış və artıq tikinti işləri başa çatmaq ərafəsindədir;
- rayon mərkəzində 1 ədəd işıqfor quraşdırılmışdır;
- Bərdə şəhəri ərazisində Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzrindəki körpüsünün tikintisinə başlanmışdır;
- Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki körpünün tikintisi ilə əlaqədar şəhərin Tərtər çayının sağ sahilində ümumi nömrə tutumu 1000 ədəd olan yeni Elektron ATS quraşdırılmasına başlanmış və yaxın vaxtlarda Stansiyanın tikintisi başa çatdırılacaqdır;
-şəhərin Ü.Hacıbəyov, S.Vurğun, Sənaye və S.Zöhrabbəyov  küçələri yenidən qurulur, müasir memarlıq üslubunda istinad divarları tikilir, ətrafdakı obyektlər yenidən qurulur;
- respublika əhəmiyyətli avtomobil yollarının 7451 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 180 ədəd siqnal dirəyi, 11159 kv. metr təhlükəsizlik xətləri çəkilmiş, bardyor və keçidlər rənglənmiş, qış dövründə avtoqəzaların qarşısının alınması üçün yollara qum səpilmiş, xidmət işləri aparılmışdır;
-yerli əhəmiyyətli avtomobil yollarının 2100 kv. dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, 4133 kv.metr təhlükəsizlik xətləri çəkilmiş, yollarda 100 ədəd siqnal dirəyi quraşdırılmış,  bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;
- rayon mərkəzində Heydər Əliyev prospektində, 20 küçədə, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, 1 prospekt 7 küçədə, Bərdə-Tərtər və Bərdə-Yevlax yolları istiqamətində 36 km bardyorlar yağlı böya ilə rənglənmiş, ümumi uzunluğu 13,3 km olan 11 küçə qum-çınqılla təmir edilmiş, H.Əliyev prospektində 10 min kv. metr sahə asfalt-betonla tikilmiş, küçə və meydanlarda divarlar pardaqlanmış, 3 küçədə 2000 kv. metr divarlar aqlay və təbii qaya daşı ilə üzlənmiş, 3500 kv. metr yaşıllıq zolaqları salınmışdır;
- şəhərin Ü.Hacıbəyov küçəsində 1,5 km yol asfalt-betonla tikilmiş, 17 ədəd işıqlandırma dirəkləri basdırılmış, 1,5 km məsafəyə bardyor ddüzülmüş, ərazidəki sahibkarlıq obyektlərinin fasadı aqlay daşı ilə üzlənmiş, S.Vurğun küçəsində 450 metr istinad divarları yenidən qurulmuş, 990 kv. metr divarlar suvanmış, Sənaye küçəsində 350 metr istinad divarları yenidən qurulmuş, şəhərin yeni yaşayış massivində 6 küçə yenidən qurulur, işlər sürətlə davam etdirilir;
- rayonun 11 kəndində 33,0 km daxili yollar qum-çınqılla cari təmir edilmiş, 24 km təsərrüfatdaxili arxlar lildən təmizlənmiş, 41 kəndin baş yollarının kənarları və 26 kənd qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, kəndlərdən 102 maşın məişət tullantılarından təmizlənmişdir;
- Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğu quraşdırılmış, hər kənddə şəbəkə tikilmiş,küçələrdə 34 bulaq inşa edilmişdır;
- İlin birinci yarısında 35/10 kv-luq yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 70 ədəd 10 kv-luq və 97 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 500 ədəd 10 kv-luq zədəli izalyator və 3124 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  326 ədəd yeni sayğac quraşdırılmış, 65,7 km SİP kabel çəkilmişdir;
- 85,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndlərində kütləvi qaydada 1149, fərdi qaydada daha 104 ailəyə təbii qaz verilmişdir. Hazırda Hcıəhmədli və Məşədiibişli kəndlərinin, Bərdə-Ağdam avtomobil yolunun kənarında “Meyvə bağı” adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün tədbirlər görülür;
- Bərdə şəhərinin Tərtər çayının sağ sahilində 1400 nömrəlik Elektron ATS tikilmiş, rayonun Təhlə kəndində 160 nömrəlik Elektron ATS quraşdırılmış, şəbəkə tikilir, Yeni Daşkənd kəndiin 2 km optik brləşdirici kabeli çəkilmiş, şəhər və kəndlərdə 220 abunəçinin xətt təsərrüfatı tikilmiş, Mehdixanlı, Umudalılar, Seidyusufli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, Şirvanlı, Mustafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, Mollagüllər, Mollalı, Güloğlular, Mehdixanlı, Çələbilər, Bayramlı, Kələntərli kəndlərində hava xətlərində təmir işləri aparılmış, şəbəkədə 15,5 km naqil yenisi ilə əvəz edilmiş, 171 ədəd yeni dirək və 140 ədəd beton calaq basdırılmış, telefon abonentlərinin sayı 585 ədəd, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 624 nəfər artmışdır;
- bir ədəd 5 mərtəbəli və bir ədəd 2 mərtəbəli binaların 2550 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 10600 kv. metr fasad və giriş hissələri emusiya ilə rənglənmiş, 1391 kv. metr qapı və pəncərələr, 590 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 130 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 2 ədəd 5 mərtəbəli və 4 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 3 ədəd 5 mərtəbəli və 2 ədəd 4 mərtəbəli binaların 2250 kv. metr sirzəmiləri tullantılardan təmizlənmiş, ərazidən 6980 kub metr məişət tullantıları, 46660 kub metr çirkab suları daşınmış, 98,4 kv. metr sahə süpürülmüşdür.
- küçə və meydanlarda  5,5 min ədəd ağac, 13,5 min gül kolları, 35 min ədəd qızıl gül tingi əkilmişdir;
- Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulur, çoxmərtəbəli yaşayış evlərinin əsaslı təmiri davam etdirilir.
- Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında rayonun Böyük Qacar kəndində 96 və Təhlə kəndində 80 şagird yerli modul tipli ümumi, Nəcəfqulubəyli kəndində 56, İmamqulubəyli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün tədbirlər görülmüşdür; Hesabat dövründə Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işlərinin aparılması, Yeni Daşkənd kənd tam orta məktəbinin 1 korpusunun və şəhər 3 saylı tam orta məktəbin tikintisi, qazlaşmamış 2 kəndin qazlaşdırılması, Lənbəran kəndinin baş yolunun asfaltlaşdırılması üçün tədbirlər davam etdirilmişdir.
6 ay ərzində rayonda 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 6,0 faiz çoxdur.
Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 478 min kub metr, açıq dren kanalları 236,9 min kub metr lildən təmizlənmiş, 109,5 min kub metr torpaq işi görülmüş, 1 ədəd nasos stansiyası və 8 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, 30 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş və sayğac quraşdırılmış, Tərtər çayının məcrasında 31 min kub metr tənzimləmə işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusunun qazılmasına başlanmış, indiyədək Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı kəndlərinin hər birində 1 ədəd,  Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd olmaqla 17 ədəd subartezian quyusu qazılmış, hazırda Kələntərli kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri aparılır. Qazılmış subartezian quyularından Soğanverdilər kəndindəki quyu istifadəyə verilib, İkinci Nazırlı kəndindəki subartezian quyusu fontan vermişdir.
Bunlarla yanaşı 88 ədəd hidrotexniki qurğu, 18 hidropost, 6 km beton kanal, 4 nasos stansiyası, 304 ədəd subartezian quyusu, açıq dren-kanallarda 12 borulu keçid cari təmir edilmiş, 15 subartezian quyusunda sazlama işləri aparılmış, açıq dren kanalların kənarlarında 1 hektar ərazidə meşə zolaqları salınmışdır.
Əkinlrin ziyanvericilərdən qorunmasının təşkili üçün ərazilərdə müşahidə aparılmış, ziyanvericilər aşkar olunmuş ərazilərdə onlara qarşı mübarizə təıdbirləri görülməsi təmin edilmiş, ziyanvericilərin əkinlərə ziyan vurmasının qarşısı alınmışdır.
Həmçinin 64 ədəd özüyeriyən texnika, 4ədəd traktor yedəyi, 14 ədəd asılan və qoşulan kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına götürülmüş, 323 ədəd özüyeriyən texnikaya, 90 ədəd traktor yedəyinə, 41 ədəd asılan və qoşulan texnikaya dövlət texniki baxışı keçirilmişdir.
Əkinçilik:
6 ay ərzində 2017-ci ilin payızında əkilmiş 13758 hektar taxıl, o cümlədən  11130 hektar buğda, 2628 hektar arpa sahələrinə aqrotexniki qaydada qulluq edilmiş, tarlalarda bol məhsul yetişdirilmişdir.
Yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması təmin edilmiş,  9630 hektar sahədə pambıq, 406 hektar sahədə şəkər çuğunduru, 1104 hektar sahədə bostan məhsulları, 2533 hektar sahədə tərəvəz, 192 hektar sahədə kartof, 111 hektar sahədə qarğıdalı, 234 hektar sahədə dən üçün günəbaxan, 1993 hektar sahədə təzə yonca əkilmiş, sahələrdə yüksək məhsul yetişdirilmişdir.
İndiyədək arpanın biçilməsi başa çatdırılmış, hər hektardan 34, 9 sentner olmaqla 9171 ton arpa istesal edilmişdir.
Həmçinin indiyədək 9702 hektar buğda sahəsi biçilmiş, hər hektardan 41,8 sentner olmaqla 40554 ton buğda istehsal edilmişdir. Buğa biçini sürətlə davam etdirilir.
Keçən ilə nisbətən hər hektardan arpanın məhsuldarlığı 2,2 sentner, buğdanın məhsuldarlığı 2,1 sentner artmışdır. Bu gün buğdanın məhsuldarlığına görə rayonumuz respublikada ikinci yerdədir.
6 ay ərzində 3930 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 2221  baş sağlam bala alınmışdır.
6 ayın sonuna  təsərrüfatlarda 95 min 911 baş iri buynuzlu mal-qara, o cümlədən 43 min 186 baş inək və camış, 144 min 915 baş qoyun və keçi mövcud olmuşdur.
6 ay ərzində diri çəkidə 9,4 min ton ət, 39,5 min ton süd, 15,4 milyon ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilin birinci yarısına nisbətən  ət istehsalı 3,7 faiz, süd istehsalı 3,0 faiz, yumurta istehsalı 2,5 faiz artmışdır.
Cari ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmiş, təsərrüfatlarda mövcud və yeni əkilmiş tut tingələrinə aqrotexniki qaydada qulluq olunmuşdur. Baramaçılığın inkişafı üçün rayonda möhkəm yem bazası yaradılmışdır.
Cari ildə 219 nəfət kümçü 520 qutu barama götürüb saxlamış, 24,533 ton barama istehsal edilərək proqnoza 116,8 faiz əməl edilmişdir. 2017-ci ildəkindən təqribən 2 dəfə çox barama istehsal edilmişdir.
2019-cu ildə barama istehsalının daha da artırılması üçün mövcud tut tingləri budanmış, xaricdən gətirilmiş tut tinglərinin aqrotexniki qaydada becərilməsi üçün tədbirlər davam etdirilmişdir.
6 ay ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 400 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Hesabat dövründə həmçinin rayon mərkəzində hər həftənin şənbə və bazar günlərində yarmarkalar təşkil edilmiş, indiyədək rayon mərkəzində keçirilən yarmarkalarda 570 tondan çox kənd təsərrüfaı və ərzaq məhsulları bazar qiymətindən 30-35 faiz aşağı qiymətə satılmışdır.
Əhalinin sosial müdafiəsi məsələləri
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, 6 ay ərzində 19685 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
2018-ci ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə 3178,3 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 2232,0 min manat (101,4%), qeyri-büdcə təşkilatları üzrə 946,3 min manat (93,1%) vəsait toplanaraq proqnoza ümumilikdə 98,8 faiz əməl edilmışdır.
6 ay ərzində 225 nəfərə pensiya işi təyin edilmiş, 9396 nəfərə sosial müavinət, təqaüd və kompensasiya verilir, 253 nəfərə evində sosial xidmət göstərilmişdir.
Rayonda təqaüdlər və bütün növ müavinətlər mövcud 16 bankomat vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
Əhalinin məşğulluğunun təmini üçün işlər davam etdirilmişdir. 6 ay ərzində 1536 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 510 nəfər işaxtaran münasib işlə təmin (97 nəfər qadın, 245 nəfər gənc, 57 nəfər məcburi köçkün, o cümlədən 6 nəfər əlil) edilmişdir. Müraciət edənlərdən 2 nəfərə işsizlik statusu verilərək, sığorta ödənişi təyin edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 2 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
             İlin birinci yarısında sığorta sahəsində işlər davam etdirilmiş, 80,4 min manatdan çox sığortala işləri aparılmış, proqnoza 107,3 faiz əməl edilmişdir.

Elektrik enerjisi təchizatı.

İlin birinci yarısında 35/10 kv-luq yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 70 ədəd 10 kv-luq və 97 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 500 ədəd 10 kv-luq zədəli izalyator və 3124 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  326 ədəd yeni sayğac quraşdırılmış, 65,7 km SİP kabel çəkilmişdir.  15 ədəd 10/04 kv-luq transformator əsaslı və 30 ədədi cari təmir edilmiş, 15,6 km qüsurlu naqillər yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq yarımstansiyalarda 38 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir olunmuşdur.
8 km 10 kv-luq elektrik hava xərlərinin qoruq zonası yaşıl kütlədən təmizlənmişdir.
Bunlarla yanaşı 110/35/10 kv-luq Bəcirəvan yarımstansiyasının yenidən qurulması üçün tədbirlər görülmüşdür.
6 ay ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 93,5 faiz ödənilmişdir.
Hesabat dövründə yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmiş, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər görülmüşdür.
6 ay ərzində podaratçı təşkilatlar tərəfindən 85,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndlərində kütləvi qaydada 1149, fərdi qaydada daha 104 ailəyə təbii qaz verilmişdir. Hazırda Hcıəhmədli və Məşədiibişli kəndlərinin, Bərdə-Ağdam avtomobil yolunun kənarında “Meyvə bağı” adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün tədbirlər görülür;
Hazırda rayonun 110 yaşayış məntəqəsindən 108-i və ya 98,2 faizi, abonentlərin 99,5 faizindən çoxu təbii qazla təmin edilmişdir.
Görülmüş tədbirlərin nəticəsidir ki, İstehlak edilmiş qazın dəyərinin 99,9 faizi, o cümlədən əhali qrupu üzrə 109 faizi, qeyri əhali qrupu üzrə 70,3 faizi ödənilmişdir. Şəbəkədə itkilər  cəmi 12,3 olmuşdur.
İstiliklə təminat

İl ərzində işlək vəziyyətdə olan istilik-qazanxana sistemlərindən istifadə olunması davam etdirilmiş, 2502 qeka-kalori istilik istehsal edilərək abonentlərə satılmışdır. Hazırda 1454 ailə fasiləsiz olaraq istilik elektrik enerjisi ilə təmin olunur.
İstehlak edilmiş istilik enerjisinin dəyəri tam ödənilmişdir.
İçməli su ilə təchizat
Hesabat dövründə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncamı əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğuların quraşdırılmış, 4 kənddə içməli su şəbəkəsi və 36 bulaq tikilmişdir.
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında rayonun Arabaçılar və Hacılar kəndlərində içməli su üçün artezian quyusunun vurulması üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın günlərdə işə başlanacaq, Birinci Qazaxlar, Mehdili, Nazırlı və Piyadalar kəndlərində 4 ədəd artrezian quyusunun qazılması üçün hazırda topoqrafiya işləri aparılır.
Rayon mərkəzində kommersiya strukturlarında 54 ədəd su sayğacı quraşdırılmış, 4 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 28 ədəd quyunun dərinlik nasoslarıı və elektrik təsərrüfatı əsaslı təmir edilmiş, 432 su qəzası aradan qaldırılmışdır.
6 ay ərzində istehlak edilmiş suyun dəyəri 94,7 faiz, o cümlədən əhali qrupu üzrə 92 faiz, qeyri əhali qrupu üzrə 100 faiz ödənilmişdir.
6 ay ərzində Bərdə şəhərinin Tərtər çayının sağ sahilində 1400 nömrəlik Elektron ATS tikilmiş, rayonun Təhlə kəndində 160 nömrəlik Elektron ATS quraşdırılmış, şəbəkə tikilir, Yeni Daşkənd kəndiin 2 km optik brləşdirici kabeli çəkilmiş, şəhər və kəndlərdə 220 abunəçinin xətt təsərrüfatı tikilmiş, Mehdixanlı, Umudalılar, Seidyusufli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, Şirvanlı, Mustafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, Mollagüllər, Mollalı, Güloğlular, Mehdixanlı, Çələbilər, Bayramlı, Kələntərli kəndlərində hava xətlərində təmir işləri aparılmış, şəbəkədə 15,5 km naqil yenisi ilə əvəz edilmiş, 171 ədəd yeni dirək və 140 ədəd beton calaq basdırılmışdır;
6 ay ərzində telefon abonentlərinin sayı 585 ədəd, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 624 nəfər artmışdır.
2018-ci ilin birinci yarısında qovşaqda gəlir proqnozuna 112 faiz əməl edilmişdir.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, 6 ay ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 97,3 faiz əməl edilmişdir.

Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəblərin əsaslı təmiri başa çatdırılmış, Qaratəpə kəndində 80 və Hacılı kəndində 80 şagird yelik modul tipli məktəb tikilmiş, Güloğlular kəndində 220 şagird yerlik tikilir, şəhər 2 saylı tam orta məktəbin sökülüb yenidən tikintisi işlərinə, 5 kənddə modul tipli məktəblərin quraşdırılmasına yaxın vaxtlarda başlanacaqdır
2017-2018-ci ində rayonun ümumtəhsil məktəblərinin IX sinifində 1746, XI sinifində 1220 nəfər şagird təhsil almış, IX sinifi bitirən  1659 məzundan 1598-i adi,  61 nəfəri fərqlənmə atestatı, XI sinifi bitirən  1153 məzundan 1 nəfəri qızıl medala, 33 nəfəri fərqlənmə,  1119 nəfəri adi attestat almışlar.
İmtahanlarda iştirak edən məzunların müvəffəqiyyət faizi otən ildəkindən yüksək olmuşdur. XI sinif məzunlardan 715 nəfəri və ya  62 faizi ali məktəbə qəbul üçün sənəd vermiş, imtahanların birinci mərhələsində  456 nəfər və ya  64 faizi keçid balını toplamışdır.
Hazırda mövcud olan məlumatlara görə məzunlarımızdan 1 nəfəri Prezident təqaüdünə namizəddir, 91 məzun 500-dən və  38 məzun 600-dən çox bal toplamışdır. Əminəm ki, ali məktəblərə qəbul imtahanlarının 2-ci mərhələsində rayonumuzun məzunları daha yüksək nəticə göstərəcəklər.
6 ay ərzində 26 həkim və 41 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 10 fevral 2018-ci il tarixdən 1 may 2018-ci il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar indiyədək 136 müəssisə və təşkilatların işçiləri və 59 kəndin sakinləri daxil olmaqla  96437 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 313 nəfər amblator, 275 nəfər stosionar müalicəyə cəlb edilmiş, 156 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir.
6 ay ərzində səhiyyə müəssisələri tərəfindən 205 nəfər diabetli, 85 nəfər yeni törəməli, 7 nəfər böyrək çatışmazlığı, 64 nəfər vərəmli xəstə, 20 nəfər hemofiyalı, 39 nəfər talassemiya daşıyıcısı aşkar olunmuşdur.
Hazırda vərəmli xəstələrdən 24 nəfəri “DOTS müsbət” proqramı ilə müalicə olunur.
6 ay ərzində mədəniyyət müəssisələrində 1113, o cümlədən Mədəniyyət mərkəzində 26, mədəniyyət evlərində və klublarda 914, kitabxanalarda 704, musiqi və incəsənət məktəblərində 145, Heydər Əliyev mərkəzində 16, Tarix-diyarşünaslıq muzeyində 15, Rəsm qalereyasında 12 mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 194 mindən çox əhali iştirak etmişdir.
Rayonun kitabxana sistemi 386 nüsxə uşaq ədəbiyyatı olmaqla 1561 nüsxə ədəbiyyatla zənginləşmişdir.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş, mərkəzi 25 min nəfərdən çox insan ziyarət etmişdir.
Rayon Tarix Diyarşünaslıq Mərkəzində 15 tədbir keçirilmiş, muzeydəki eksponatlara 1595 nəfər baxmışdır.
Rayon Rəsm Qallereyasında 12 tədbir keçirilmiş, qallareydakı sərgilərə 1600 nəfər tamaşa etmişdir.
Hesabat dövründə gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 36, idmanla bağlı 15 tədbir keçirilmişdir. Bu tədbirlərdə 5,2 min nəfər iştirak etmişdir.
6 ayda rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında 8 qızıl, 12 gümüş və 7 bürünc olmaqla 27 medal qazanmışlar.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu 6 ay ərzində sakinlərlə 155 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 30 min nəfərdən çox dinləyici etmişdir.
Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatının mərkəzinə çevrilmişdir.
Ümummillilider Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 6 ay ərzində 4 tədbir keçirmiş, ümummilli lider Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir 6 ay ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri bir daha göstərdi ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur. Hazırda  rayonda Yeni Azərbaycan Partiyasının 11 min nəfərdən çox üzvü vardır.
Rayonumuzda Prezident seçkiləri Seçki Məcəlləsinə uyğun tam demokratik və aşkarlıq şəraitində keçirilmiş, 16 seçici məntəqəsində seçkilərin gedişi ictimayət tərəfindən izlənmiş, 50-yə yaxın məntəqədə beynalxalq və yerli müşahidəçilər oımuş, 8 seçki məntəqəsində exit-poll aparımış və heç bir noqsan, pozuntu aşakar edilməmiş,  exis-pollun nəticələri ilə seçkilərin nəticəsi eyni olmuşdur.
Sakinlərimiz yekdilliklə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə səs vermiş, bununla gələcəyə, Azərbaycanın inkişafına və tərəqqisinə səs vermişlər, ölkəmizdə aparılan siyasəti müdafiə etdiklərini bir daha nümayiş etdirmişlər.
Rayonda ictimai-siyasi durum sabitdir, sakinlərimiz ümummilli lider Heydər Əliyev ideyalarına sadiqdirlər və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 6 ay ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
6 ay ərzində rayonun sakinləri ordu quruculuğu üçün 40,6 min manatdan çox və ya keçən ilin müvafiq dövründəkindən 13,8 min manatdan çox (51,3%) maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da davam etdiriləcəkdir.
6 ayda 150 cinayət faktı qeydə alınmış, onların 95,1 faiznin açılması təmin edilmişdir.
6 ay ərzində 9 yol nəqliyyat hadisəsi olmuş, bu hadisələrdə 5 nəfər ölmüş, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Keçən ilin müvafiq dövrünə nisbətən yol-nəqliyyat hadisələrinin azalmasına baxmayaraq yenə də çox olmaqla qalır.
İlin birinci yarısında rayon İcra Hakimiyyəti başçısı aparatına, tabeli qrumlara daxil olan vətəndaş müraciətlərinə mövcud qanuna uyğun baxılması, vətəndaşların qəbulu işləri davam etdirilmişdir.
6 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 958  ədəd vətəndaş müraciətləri daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir.
       Məruzə ətrafında rayon Kənd Təsərrufatı İdarəsinin rəisi Vüqar İsmayılov, rayon Suvarma Sistemləri idarəsinin rəisi Sərdar Əhmədov, rayon Prokuroru Fəxrəddin Məmmədov,  rayon Su-kanal idarəsinin rəisi Şəmil Ziyadov çıxış etmişlər.
             Yığıncaq müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul etmişdir.

Keçidlər