4 dekabr 2023-cü il tarixdə Latviya Respublikasının Azərbaycandakı səfiri Bərdəyə səfər etmişdir
06 dekabr 2023 | 15:22
Səfər zamanı səfir Edqars Skuja Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası və Latviya Respublikası arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafından danışılıb.
Səfir iki ölkə arasında cari ildə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini və müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
Səfir ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycanla iqtisadi-ticari, logistik və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.
Daha sonra Bərdə Mədəniyyət Mərkəzində
BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ( 25 noyabr-10 dekabr) çərçivəsində
Latviya Səfirliyinin, İsveçrə Səfirliyi və Maqsud İbrahimbəyov yaradıcılıq Mərkəzi ilə birgə "Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi" adlı tamaşaya baxış
keçirilmişdir.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanmışdır.